?Müasir Müəllimin nüfuzu - bu gün və sabah?

img

14-05-2010 [03:07]


Bu gün Azərbaycan Milli Valideyn-Müəllim Assosiyasının təşkilatçılığı ilə ?Müasir Müəllimin nüfuzu - bu gün və sabah? mövzusunda mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Milli valideyn Asosasiyasasının icraçı direktoru Təranə Şərifova qeyd edib ki, bütün müəllimlərin zirvədədə durmağa haqqı var: ?Son dövrdə cəmiyyətimizdə müqəddəs peşə sahibi sayılan müəllimin nüfuzu ilə bağlı münasibətlər birmənalı deyil. Müəllim nüfuzunun aşağı düşməsi təhsilimizin keyfiyyətinə mənfi təsir göstərir.Fəaliyyətində fədakarlıq göstərən, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında nailiyyətlər əldə edən peşəkar müəllimlərimiz olsa da, müxtəlif obyektiv və sübyektiv səbəblərdən, o cümlədən, KİV-də gedən subyektiv məlumatlar müəllim nüfuzunun əvvəlki illərdən yüksək olmamasına səbəb olur. Bu səbəblərin araşdırılması, təhlili, əldə edilən nəticələrə dair müvafiq təkliflərin hazırlanması məqsədilə Azərbaycan Milli Valideyn Assosasiyası Bakının 5 ümumtəhsil (46, 18, 5, 139, 276 ?-li) məktəblərində 345 nəfər arasında sosioloji sorğu keçirmişdir. Sorğularda müxtəlif fikirlilik olduğu kimi qeydə alınmışdır. Suallara cavablandıran respodentlər göstəricilər fərqinə uyğun olaraq bəzi suallara cavab verməkdə çətinlik çəkmiş, bəzi suallar cavabsız qoyulmuşdur. Məlumat üçün qeyd edim ki, sosioloji sorğu ?Azərbaycan reallığında müasir müəllimin mövcud nüfuzu hansı səviyyədədir?, Müasir müəllimin çətinlik və ehtiyacları nədədir?, Klassik müəllimlə müsair müəllim arasında olan fərqlər nədədir?, Müasir Azərbaycan müəllimi hansı keyfiyyətlərə malik olmalıdır?, Müəllimin cəmiyyətdə müqəddəs peşə sahibi kiminüfuzunu necə bərpa etmək olar?, təhsilimizin keyfiyyətini necə yüksəldə bilərik? və digər sualları özündə əks etdirib?. Tədbirdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiyasının müasir müəllimin nüfuzuna dair valideyn və müəllimlər arasında apardığı sosioloji sorğunun nəticələri slaydlar vasitəsi ilə təqdim olunub. Mətbuat konfransında təhsilin, sağlamlığın, iqtisadiyyatın, mədəniyyətin, ümumilikdə bütün inkişaf sahələrinin yolgöstərəni olan, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında mühüm rol oynayan peşəkar müəllimlər və onların fəaliyyəti , eləcə də cəmiyyətdə müəllim nüfuzunun artırılması, onun bərpası istiqamətində ölkəmizin bir sıra tanınmış ziyalıları çıxış ediblər. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR