?Borçalı?Azərbaycan Gürcüstan arasında strateji tərəfdazlığın qarantı? mövzusunda tədbir keçirilib

img

13-05-2010 [04:34]


?Borçalı? İctimai Cəmiyyəti ?Boralıda yaşayan soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesinin sürətlənməsində Azərbaycanda təhsil alan Gürcüstanlı tələbələrin rolu və iştirakı? layihəsi üzrə ?Borçalı ? Azərbaycan Gürcüstan arasında strateji tərəfdaşlığın qarantı? mövzusunda tədbir keçirib. Müstəqil İnformasiya Agenliyinin xəbərinə görə, Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən və ?Borçalı? Cəmiyyətinin təşkilatçılığı ilə təşkil olunan tədbiri ?Borçalı? Cəmiyyəti Gənclər Təçkilatının İdarə Heyətinin üzvü, həmin layihənin rəhbəri Nadir Məmmədli açıb. Daha zonra ziyalılarımız tədbirdə öz muhazirələriylə çıxış etmişdilər. İlk olaraq ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ?Borçalı bölgəsinin strateji əhəmiyyəti? mövzusunda öz fikirlərini bildirib. Daha sonra folklorşünas alim Elxan Məmmədli ?Borçalı mənəvi mədəniyyəti? mövzusunda öz dəyərli fikilərini gənclərlə bölüşüb. Azərbaycanın görkəmli şairəsi Səadət xanım Buta ?Yurd sevgisi ? Böyük vətən sevgisinə gedən yol? mövzusunda çıxış edib. Daha sonra gənclər çıxışlar etmiş, mühazirələrə fikilərini bildirilmiş və maraqlandıqları suallarla ziyalılarımıza müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR