?Azərbaycan incəsənəti? uzaqlar üçün ensiklopedik məlumat kitabının təqdimatı olacaq

img

13-05-2010 [02:56]


?Azərbaycan İncəsənəti? uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi artıq hazırdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kitabın təqdimat mərasimi 14 may tarixində keçiriləcək. Kitab Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ?Bizim Nəsil? Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tə?rəfindən həyata keçirilən ?Vətənimizi öyrənək? layihəsi çərçivəsində işıq üzü görmüşdür. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incə?sə?nətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensik?lopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. İncəsənətimizin tarixinə qızıl hərflərlə yazılmış sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət aç?ılmışdır. Materiallar əsasən in?cə?sənətin rəngkarlıq, qrafika, hey???kəltaraşlıq, dekorativ-tət?bi?qi sənət və memarlıq sahələrini əhatə edir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilmişdir. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpgili çap məh?su?lunun ölkəmizdə uşaqlar üçün hazır?lanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha gör?mək mümkündür. Kiatab 2500 tirajla buraxılmışdır. Kitabın Ba?kıda və re?gion?larda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutub. Ki?ta??bın tərtibçiləri Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur. Yaxın gələcəkdə kitabın 2-ci və 3-cü cildləri də hazırlanaraq nəşr oluncaq və geniş oxucu kütləsinə təqdim ediləcəkdir. Kitabın rəsmi təqdimat mərasimi 14 may 2010-cu il tarxidə Azərbaycan Dövlət İnəcsənət Muzeyində keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR