Müsavat Gənclər Təzkilatı Azər Ayxana qarzı məhkəmənin dayandırılmasını tələb edir

img

12-05-2010 [04:37]


Azərbaycanda söz azadlığına hakimiyyət tərəfindən tərəfindən növbəti zərbəni Müsavat Gənclər Təşkilatı böyük hiddətlə qarşılayır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gənclər bununla bağlı bəyanat da qəbul edib. Bəyanatda qeyd olunur ki, ?Yeni Müsavat? qəzeti baş redaktorunun birinci müavini Azər Ayxana qarşı saxta ittihamlarla açılan məhkəmə prosesi hakimiyyətin seckiqabağı çirkin oyunu hesab edilməlidir. Dilşad Əmirovanın bu çirkin oyunlarda alət kimi istifadəsi bir daha onu göstərdi ki, mövcud hakimiyyət müstəqil jurnalistikanın boğulması ücün əlindən gələni edir. Azərbaycanda müstəqil məhkəmənin olmadığını nəzərə alsaq, Azər Ayxana qarşı açılan bu prosesin mətbuat azadlığına nə qədər təhlükəli olduğunu əminliklə söyləyə bilərik. Bundan əlavə, Müsavat Gənclər Təşkilatı Azər Ayxana qarşı saxta ittihamlarla açılan məhkəmə prosesini iqtidarın ?Yeni Müsavat? qazetinə olan bir təzyiq dalğası kimi qiymətləndirir. Bütün bunlardan irəli gələrək, Müsavat Gənclər Təşkilatı bilavasitə avtoritar rejim tərəfindən Azər Ayxana qarşı saxta ittihamlarla açılan məhkəmə prosesinin dayandırılmasını tələb edir! Əks halda, müsavatcı gənclər bu ədalətsiz məhkəmə prosesini seckiqabağı mövcüd hakimiyyətin müstəqil Azərbaycan jurnalistikasına hədəflənən yeni repressiya dalğasının başlanmasını hesab edəcək. Müsavat Gənclər Təşkilatı bəyan edir ki, Azər Ayxanın qismində müstəqil Azərbaycan jurnalistikasına bundan sonra da öz dəstəyini əsirgəməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR