Şagirdlər arasında ?Təbiət Mənəm? adlı layihə həyata keçirir

img

12-05-2010 [01:55]


Yeni İstedadlar Uşaq və Gənclər təşkilatı N.Nərimanov adına Kütləvi kitabxana, Anayam.az informasiya portalı və Dövlət Neft Şirkəti Ekologiya İdarəsi ilə birlikdə ?Təbiət Mənəm? adlı layihə həyata keçirir. Layihə 2010-cu il ?ekologiya ili tədbirləri çərçivəsində gerçəkləşir. ?Təbiət Mənəm? layihəsi orta məktəblərdə silsilə olaraq ekoloji seminarlar, rəsm müsabiqələri keçirilməsini nəzərdə tutur. Məqsəd məktəblilərin ətraf mühit və onun qorunması ilə bağlı biliklərinin artırılması, istedadlı uşaqları axtarıb onlara dəstək olmaq və onları ictimaiyyətə təqdim etməkddir. İlk seminar mayın 8-də Bakıdakı 162 nömrəli məktəbdə həyata keçirilib. Seminarda əsasən yuxarı sinif şagirdləri olmaqla 200-ə yaxın məktəbli iştirak edib. Seminarı Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəsisi Ramil Rüstəmov həyata keçirib. Sonda məktəblilərə ətraf mühitin qorunmasının əhəmiyyətini göstərən film nümayiş olunub. Məktəbin direktoru, fizika-riyyaziyyat elmləri namizədi Ələkbər Əliyev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib. Mayın 28-də isə, layihəyə təqdim edilən rəsmlər Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında keçiriləcək sərgidə nümayiş etdiriləcək. Həmin gün kitab sərgisinin keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR