"Piar Servis" Mərkəzi fəaliyyətə bazladı

img

07-05-2010 [04:18]


Azərbaycanda sahibkarlıq subyektləri ilə ictimaiyyətin qarşılıqlı və faydalı əlaqələrini möhkəmləndirmək, istehlakçılara xidmət göstərən müəssisə və təşkilatların ictimai rəydə tanıdılmasına nail olmaq, sahibkarlıq sektorunda baş verən yeniliklərlə ictimaiyyəti müntəzəm tanış etmək məqsədilə yeni bir qurum-"Piar Servis" Mərkəzi fəaliyyətə başlayıb. ?PİAR SERVİS?in baş direktoru, tanınmış jurnalist və marketoloq Azər Niftiyevin verdiyi məlumata görə, belə bir qurumun yaradılmasına ictimai maraq var və biz də məhz bu niyyətlə belə bir addım atmaq qərarına gəldik: ?Müəssisələrin çox olduğu bir şəraitdə istehlakçıların seçim etmək imkanları azalıb. Bunun nəticəsində bəzən istehlakçılar keyfiyyətsiz məhsul və xidmətlərə üz tutmalı olurlar. Biz də öz növbəmizdə istehlakçıların hüquqlarını qorumaq, onlara xidmət göstərən müəssisələrin fəaliyyəti haqqında məlumatlar yaymaq niyyətindəyik. Müntəzəm olaraq qurumun Azərbaycanda müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələrin bu günkü durumu, onların perspektivləri ilə bağlı analitik yazıları və hesabatları dərc olunacaq. Bununla yanaşı sahibkarlıq sektorunda baş verən yeniliklərlə bağlı da oxucuları məlumatlandırmağı nəzərdə tuturuq?. Bütün media qurumları ilə faydalı münasibətlər qurmaq niyyətində olduqlarını söyləyən A.Niftiyev Qaynar.info Milli Xəbər Portalının informasiya dəstəyilə fəaliyyət göstərəcəklərini bildirdi: ?Artıq bununla bağlı portalın rəhbərliyilə razılıq əldə olunub. Azərbaycan portalları arasında ilk yerlərdən birini tutan Qaynar.info saytının da bizə informasiya dəstəyi verməsi layihənin daha aktual xarakter alacağını və ictimai maraq kəsb edəcəyini söyləməyə əsas verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR