DAK-ın rəsmi saytı haker hücumuna məruz qalıb

img

05-05-2010 [05:23]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəsmi vebsəhifəsi www.D-A-K.org ?u özü də 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində və 200 min oxucusuna çatdığı bir vaxtda haker hücumuna məruz qalıb. Bu barədə MİA-ya DAK mətbuat xidmətindən məlumat daxil olub: ?Bu da bir daha İran adlanan yerdəki mövcud rejimin iç üzünün göstəricisidir. Hazırda fars şovinist rejiminin qəzəbinə tuş gələn internet saytımız normal şəkildə fəaliyyət göstərməsə də, ancaq tamamilə bağlanmayıb. Sadəcə olaraq, hakerlər vebsəhifəmizə virus proqramı yükləyiblər. Ona görə də mütəxəssislər internet saytımızı əvvəlki vəziyyətinə qaytarmaq üçün yorulmadan işləyirlər. Çünki biz bu yola bir daha geri dönməmək üçün çıxmışıq. Biz Güney Azərbaycan istiqlalına qovuşmayana, Bütöv Azərbaycan qurulmayana və nəhayət, Türk Birliyi (Turan) yaranmayanadək fəaliyyətimizi davam etdirəcəyik!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR