TQDK abituriyentlər üçün yeni vəsaitlər nəzr edib

img

05-05-2010 [03:01]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdlərinə elmi-metodiki kömək məqsədilə qəbul proqramlarının məzmununa və tələblərinə uyğun yeni vəsaitlərin nəşrini sürətləndirib. TQDK mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, fizika, riyaziyyat, tarix, kimya, coğrafiya, rus dili, alman dili fənləri üzrə vəsaitlərin hələ ötən illərdə buraxılmış nəşrlərinin yeni təkmilləşdirilmiş variantları çap edilib. Son vaxtlar isə Azərbaycan dili, Ədəbiyyat, ingilis dili fənləri üzrə vəsaitlər nəşr olunub. Biologiya, riyaziyyat (rus bölməsi üçün) və coğrafiya fənləri üzrə (təkmilləşdirilmiş nəşr) vəsaitlər isə çapa hazır vəziyyətdədir. ?Azərbaycan dili? adlı vəsait Təhsil Nazirliyinin orta məktəblər üçün ?Azərbaycan dili? fənnindən tədris proqramı və TQDK-nın qəbul imtahanları proqramlarına uyğun hazırlanıb, abituriyentlərin, müəllimlərin tələb və arzuları mümkün qədər nəzərə alınıb. Vəsaitdə Azərbaycan dilindən proqram və dərsliklərin bütün bölmələri əhatə edilib, əlavə olaraq gündəlik tədris prosesinin meydana çıxarmış olduğu problem və tələblər də nəzərə alınmış, test tapşırığı nümunələri və yoxlama tapşırıqları verilib. Vəsaitin ?Əlavələr? bölməsində Azərbaycan dilinin orfoqrafiya və orfoepiya, durğu işarələri qaydaları, əməli yazı növləri ümumi şəkildə xülasə olunub. Təbii ki, bunlar daha çox tərtib xarakterlidir. Müəlliflər vəsaitin sonrakı nəşrində bütün bunları yenidən işləmək, tədris materiallarına uyğun daha da konkretləşdirmək fikrindədirlər. İngilis dilindən təqdim olunan vəsait orta ümumtəhsil məktəbləri üçün qüvvədə olan tədris proqramı əsasında hazırlanıb və qəbul proqramına tam uyğundur. Vəsait üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. 1-ci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. 2-ci hissə (morfologiya) əsas və koməkçi nitq hissələrindən bəhs edir. 3-cu hissədə (sintaksis) söz birləşmələri, cümlə və cümlə üzvləri haqqında əsaslı məlumat verilir. Fonetik və qrammatik mövzuların əsaslı və sistemli şəkildə verilməsi abituriyentlərin qəbul imtahanına ciddi və səmərəli hazırlaşmasına kömək edəcək. Hər movzudan sonrakı ?Test yourself? başlığı altında təqdim olunmuş test tapşırıqları və onların vəsaitin sonunda verilmiş cavabları abituriyentlərə hər mövzu üzrə biliklərini müstəqil olaraq yoxlayıb qiymətləndirməyə imkan verəcək. Kommunikativ və öyrədici xarakter daşıyan dialoqlar, mətnlər və şifahi nitqdə cox işlədilən ifadələrin əsasında qurulan test tapşırıqları isə abituriyentlərin nitq və oxuyub anlama vərdişlərini və leksik biliklərini yoxlamağa komək edə bilər. Vəsaitin sonunda, əlavə olaraq, fonetika, zaman formaları, sifətin müqayisə dərəcələri, sual cümlələrinin növləri və s. uzrə cədvəllər, həmcinin sozonulərinin, frazeoloji birləşmələrin işlənməsini əks etdirən siyahılar verilib. Abituriyentlərə, orta məktəb şagirdlərinə, Azərbaycan dili və ədəbiyyat muəllimlərinə təqdim olunan ?Ədəbiyyat? fənni üzrə vəsait qəbul imtahanlarına hazırlaşmaqda, bütövlukdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında, təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanıb. Hər bölmə yığcam, zəruri məqamlarda isə müəyyən təfsilatı ilə izah olunub, bölmələrin sonunda mövzunu tam əhatə edəcək testlər verilmiş, bu testlərin düşündürücü və məntiqi olmasına diqqət yetirilib. Biologiya fənindən vəsait bugünlərdə oxuculuarın istifadəsinə veriləcək. Mövcud materialın həcminin genişliyi nəzərə alınaraq vəsait 4 kitabdan ibarət olacaq: ?Botanika?, ?Zoologiya?, ?Anatomiya? və ?Ümumi Biologiya?. Müəlliflərin fikrincə, ?Biologiya? vəsaiti şagirdlərin, abituriyentlərin və müəllimlərin biologiya və onun məktəbdə tədrisinin vəziyyəti və səviyyəsi haqqında təsəvvürlərini genişləndirəcək, həmçinin orta məktəbdə biologiyanın tədrisi səviyyəsinin yüksəldilməsinə kömək edəcək. Soraq kitabı qismində hazırlanmış bu vəsait orta məktəbin tədris proqramının və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının əsas bölmə və mövzularını əhatə edir. Bununla belə, vəsaitdə tədris materialının dərindən mənimsənilməsinə kömək üçün biologiyanın məktəb proqramının hüdudlarından kənara çıxan bir çox məsələlərinin ətraflı şərhinə də yer verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR