Rüşvət alan direktora görə hakimlər Bakıya gəldi - Qərar veriləcək

img

06-10-2016 [10:12]


160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edəcək. Lakin məhkəmə prosesi Şirvanda yox, Bakıda, Nizami rayon məhkəməsində baş tutacaq.

Belə ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunublar. Proses oktyabrın 7-də olacaq. Qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA