Ərdoğanla Putinin yaxınlaşması Azərbaycana nələr vəd edir? - Politoloq

img

05-10-2016 [22:24]


Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və oktyabrın 9-13-də İstanbulda keçiriləcək Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: "Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.

Putinin Türkiyəyə səfəri və iki ölkənin yaxınlaşmasının Azərbaycana – Qarabağ münaqişəsinə necə təsir edəcəyini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyə-Rusiya münasibətləri maraqlı dönəmə qədəm qoyub:

"Hazırda Rusiya onsuz da Qərbdən təcrid olunub və tərəfdaşlara ehtiyacı var. Eyni zamanda, Türkiyənin də Rusiya ilə münasibətləri normallaşdırmasına ehtiyac var. Çünki Türkiyənin də ABŞ və Avropa Birliyi ilə münasibətləri o qədər də yaxşı deyil. Oktyabrın 10-da səfər zamanı böyük ehtimal ilə "türk axını” layihəsinə də imza atılacaq”.

E.Şahinoğlu hesab edir ki, amma Türkiyə Rusiya yaxınlaşması Qarabağa xeyir verməyəcək: "Ancaq iki dövlətin yaxınlaşması Azərbaycanın xeyrinədir. Lakin bu o demək deyil ki, bu normallaşma Qarabağ probleminin həllinə tövhə verəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA