4 deputat Gürcüstana gedir - Seçkini izləməyə...

img

05-10-2016 [20:18]


Milli Məclisin bir qrup deputatı oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.

Milli Məclisdən verilən məlumata görə, deputatlar Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədovölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə səsvermə prosesini izləyəcəklər.

Azərbaycan parlamentariləri müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçici fəallığını müşahidə edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA