05-10-2016 [12:32]
Məhəmməd Talıblı
Müəllim peşəsində çalışanların hamısını yox, müəllim ləyaqətini uca tutanları və "müəllim” deyəndə göz önünə nümunə olaraq canlandıra bilən ziyalıları təbrik edirəm!
Mənim nəzərimdə belə adı yaşadanların məhz bu gün bayramıdır.
Büdcə pulunu daraşıb yeyənlərin, seçki saxtakarlarının, münafiqlik nümunələrinin, bayram adına şagirdindən pul yığmağı təşkil edənlərin bu peşəyə aid olduğunu nəzərdə tutmuram. Belələrinin bəraət reseptləri də əllərində hazırdır: "Bu qədər əməkhaqqı ilə yaşamaqmı olar?”, "bazarda od tutan qiymətləri görmürsüz?”.
Bazardakı qiymət artımında bazarlığa başı qarışmış müəllimin rolu olmadımı? Hər saxta işə baş vurandan sonra yalanı çörəyin içərisinə qoyub yeyib, susmadızmı?! Milləti hər cür rəzalətlə üz-üzə qoymaqdan qorxub onu şirin nağıllarla yatmağından rol almadınızmı?! Adicə bir yol polisinin sənin alimindən yüksək əməkhaqqını görəndə, cəsur davranış əvəzinə, yuxarıların məsləhətini əsas sayıb, bunlara susmadınmı?!
Amma yapon müəllimi bunun hesabını özünün hökumətindən sordu.
Yaponiyanin sabiq baş naziri C.Koudzumidən soruşanda ki, siz dünyada elm ve texnologiya üzrə liderliyə necə nail oldunuz? O, buna mükəmməl cavab verdi: "Biz müəllimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə və imperatora olan qədər hörmət təsis etdik..." .
Dövlət büdcəsinin müzakirəsində iştirak edəndə, hökumət qərarlarına təsir imkanı olanda və ziyalı sözünə ehtiyac duyulunda onda sənin də səsin duyulacaqdı. Yazımın məqsədi ölkəmizdə müəllimlərin sosial-iqtisadi problemləri ilə narahatlığı ifadə etmək deyil. Bu, yaşam vəziyyətidir. Nəsib olduğumuz payı alırıq və əkdiklərimizi biçirik. Onunla işim yox.
Məni daha çox düşündürən ölkəmizdə müəllim düşüncəsinin ölçüsü ilə bağlıdır.
Vaxtı ilə Həzrət Əli deyirdi ki, ac qalmaq, alçalmaqdan daha xeyirlidir. Aclıq gəlib keçəcək, amma alçalmağa və alçaq davranışlara heç zaman bəraət qazandırmaq mümkün olmayacaq. Bu zamanla gələn imtahanlardır. Hər müəllim imtahanlarda öz tələbəsinı sınaq nəticələrini gözləyir.
Zəmanə də biz müəllimlərin sınaqlarımızı test etməklə məşğuldur. Biz həmin sınaq imtahanlarının aşağı ballı məzunlarıyıq. Dahilər doğru olaraq deyirlər ki, zaman ən yaxşı müəllimdir, amma heyif bütün tələbələrin öldürür! Gərək hər dəfə tələbələrimizin carı sınaqlarına çox aludə olmayaq, tarix planda bizim sınaq nəticələrimizin aşağı olmasının xəcalətin yaşayaq. Bunu indiki düşdüyümüz utanc gətirən reallıqlarımız deyir. Heç olmasa, bayram günləri bu haqda gərək düşünək.
Parlamentdə yer tutanların bir çoxu müəllim "şinelindən” çıxıb. Amma buna baxmayaraq orada təhsil və elm büdcəsinin artımının davasını etmirlər. Növbəti ilin dövlət büdcəsində elm xərclərini 7 faizə (cəmi 125 mln.) yaxın azaltdılar. Belə təəsübkeşlik nümunələrin görmərik. Amma müəllimə "yol xəritəsi” təqdim etməkdə mahirdirlər.
Hadi Rəcəbli sənə işdən sonra bənnalıq təklif etdi. Aqil Abbas sənə soğan əkmək tövsiyyəsində bulundu. Siyavuş Novruzov daha nələr təklif edəcək, bilmirəm. Amma hər şeyə hazır olmaqda mütləq və mütləq fayda var. Bunlar şəxslərini nə qədər öydükcə, təkəbbür nümayiş etdirdikcə, özlərinin istedad və bacarıqlarının nə qədər azaldığını hiss etmirlər. Amma ciddi müşahidə qabiliyyəti olanlar bunun fərqindədirlər.
Əslində, müəllimi aşağılayan bu cür "aforizm” müəlliflərinin nüfuz zədələnməsinin sürətlə getdiyini də görməmək mümkün deyil. Halbuki, həmin müəllimlərin problemlərinə sayğısı olmayan insanların bəziləri bu peşədən ora gediblər. Çoxsaylı xalqlarda digər peşələrin müəllimliyə ucalması kimi əsas hədəfləri olur.
Bizdə müəllimlikdən sonra vəzifə pilləsinə ucalmaq kimi karyera nərdivanı formalaşması kütləvi hal alıb... Olsun, onsuz da bu məmləkətdə Allah-Təala qozu verib dişsizə, plovu da verib iştahsıza. Yenə tariximizdə baş verənlərə istinad edək.
Vaxtı ilə Abbas Səhətdən soruşurlar: "Mirzə, siz həkimsiniz. Bəs niyə uzun illərdir ki, müəllimlik edirsən?".
Abbas Səhhət isə cavabında deyir: "Mən, müəllimlik etməklə, öz xalqımın ən böyük xəstəliyini, savadsızlığını müalicə edirəm”.
Biz müəllimlər hansı milli xəstəliyin sağalması yox, heç olmasa, onun düzgün diaqnozunu qoymağa cəhd etdikmi?
Müəllim seyriçiliyinin faciəsi
Müəllimin vəzifəsinin yalnız dərs deməklə bitdiyini dərk edən insan həmin peşənin fəlsəfəsi haqqında dərin düşüncəyə malik deyil. İşi bostan məhsulu yetişdirilməyən, obyekti insan olan müəllim onu bir ömürlük həyat trayektoriyası haqqında illər öncəsi həyat bilgisi verməlidir. Onu yaşadığı dövrün passiv tamaşaçısı yox, aktiv iştirakçısı olmasına dair mənəvi öhdəliklərini xatırlatmalıdır. Onu seyrçilikdən qaçmasını anlatmalıdır. Onun işi müşahidə kamerasını əlinə alıb ətrafda olanları yaddaşımızın lentinə köçürmək olmalı deyil. Onun xilasedici rolunu və ətrafdakıl hadisələrə milli yanğı hissinin olmasının aşılamaqdır.
Yəqin ki, Kevin Carterin əhvalatın xatırlayırsız. Kevin Carter adında fotoqraf Afrikada zəiflikdən ölmək üzrə olan və onun ölməsini gözləyən yırtıcı quşun şəklini çəkmişdi.
Bu şəkil Carterə 1994-cü ildə Politzer mükafatını qazandırır. Mükafatı aldıqdan 3 ay sonra o, intihar edir. İntihardən əvvəl yazdığı məktub çox heyranedicidir: "O uşağı xilas edə bilərdim. Fotoaparatımı yerə qoyub o uşağı komək üçün olan çadıra apara bilərdim, amma o vaxt təkcə fotoqraf-jurnalist olduğumu düşünürdüm. İndi isə əvvəl insan olduğumu...".
Lampanı icad edən Tomas Edison qaranlıqdan qorxurdu. Qorxunun dəhşəti ona güc gəldiyi üçün bəlkə də onun ixtirasına bütün varlığı ilə can atıb.
Cəmiyyətin qaranlıq tuneldə olduğunu da hiss edən müəllim də eyni qorxu və uzaqgörənliklə hamıya həqiqəti uca səslə söyləmək cəsarətinə sahib olmalıdır. Mən, belə müəllimlərin bayramlarını təbrik edirəm! Vazkeçilməz ləyaqəti, dürüst davranışı və həqiqətə tapındığı üçün!
Bu gün beynəlxalq müəllim günü münasibətilə o ada layiq olanların hamısını təbrik edirəm!
Var olun, əziz müəllimlər!
Naxçıvanda kütləvi zəhərlənmə olub - Dönərdən
"...Putin müharibədə hec cür qalib gələ bilməz" - Zelenski
“Əhmədli Pərviz” saxlanılıdı - FOTOLAR
Abbas Abbasovun nəvəsi İstanbulda evləndi - Röya, Xəyyam və daha kimlər toya qatılıb? (VİDEO)
Hərbi qulluqçu vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi
Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - VİDEO
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
İlham Əliyevlə Pakistanin Baş naziri arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə erməni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb
Gəncədə 15 yaşlı uşaq azyaşlını bıçaqlayıb
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"