?Qızılbaz? ?Qloballazan dünyada ekoloji tərbiyə? layihəsinin icrasına bazlayır

img

04-05-2010 [05:18]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qloballaşan dünyada ekoloji tərbiyə? layihəsinin icrasına başlayır. Layihə çərçivəsində Füzuli rayonunun Qayıdış qəsəbəsi və Xocavənd rayonunun məktəbliləri üçün seminarlar keçiriləcək. Adıçəkilən yaşayış məntəqələrinin Haramı düzündə yerləşdiyini nəzərə alaraq İctimai birlik bu ərazidə yaşayan məktəblilərin ekoloji cəhətdən maarifləndirilməsi, onlarda yaşıllıq salmaq təşəbbüslərinin gücləndirilməsini vacib hesab edir. Layihənin icrası ilə bağlı artıq ictimai birliyin təşəbbüsü və Qayıdış qəsəbəsinin orta məktəblərinin şagirdlərinin iştirakı ilə aprel ayında ağacəkmə kampaniyası keçirilib. Bundan başqa həm yeni əkilmiş ağaclara, həm də ötən illərdən əkilmiş ağaclara qulluq məqsədi ilə iməciliklərin keçirilməsi də nəzərdə tutulub. Şagirdlərin ekoloji biliklərinin artırılması üçün ictimai birlik tərəfindən ?Ekoloji tərbiyə? adlı kitabça nəşr edilib. İctimai birlik ilk seminarını bu həftə qayıdış qəsəbəsində yerləşən 6 və 7 saylı orta məktəblərdə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR