"Bilməlidir ki, Prezident onun haqqında danışmayıb" - PA-nın şöbə müdirindən sərt açıqlama

img

04-10-2016 [23:07]


"ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir".

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Tvitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinə onlar səbəbkardırlar. Bayerin müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi). Bilməlidir ki, Prezident onun haqqında danışmayıb, danışmaz da. Prezident ABŞ-ın ATƏT-dəki səfiri haqda danışıb”.

PA rəsmisi yazıb: "Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur. Twitterinə baxın… Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər… Karvan öz yolu ilə gedəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA