Qüdsi Osmanov etimadnaməsini nazir müavininə təqdim edib

img

04-10-2016 [16:36]


Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Qüdsi Osmanov etimadnaməsinin surətini bu ölkənin xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Lilian Dariyə təqdim edib.

Moldovalı nazir müavini Qüdsi Osmanova uğurlar arzulayıb və ona Moldova tərəfinin tam dəstəyini ifadə edib. Lilian Dariy ölkəsinin Azərbaycanla siyasi dialoq və iqtisadiyyatın diversifikasiyasi və ticarət münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu söyləyib.

Görüşdə yaxın vaxtlarda xarici işlər nazirləri müavinləri səviyyəsində Azərbaycan-Moldova siyasi məsləhətləşmələrinin, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyi qeyd olunub.

Q. Osmanov da öz növbəsində rəsmi Bakının mövcud iqtisadi əməkdaşlıq potensialının inkişafı üçün ikitərəfli münasibətlərin aktivləşməsində maraqlı olduğunu bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA