Arif Hacılının müavini həbsdən buraxıldı - Açıqlama

img

04-10-2016 [11:48]


Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı açıqlama verib.

Vəkili Nemət Kərimli isə APA-ya deyib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F. Kərimlinin cəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində əvf olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA