Oskar Xaricdə Təhsil Mərkəzinin Azərbaycan Tələbələr Birliyi ilə birgə layihənin yekun təqdimatı olub

img

04-05-2010 [01:26]


Bu gün Caspian Plazanın konfrans zalında Oskar Xaricdə Təhsil Mərkəzinin Azərbaycan Tələbələr Birliyi ilə birgə icra etdiyi ?The Key to Education Abroad? layihəsinin yekun təqdimatı olub. Təqdimatda tələbələr, QHT sektoru və dövlət strukturu nümayəndələri ilə yanaşı, Tələbə Gənclər Təşkilatları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Oskar Xaricdə Təhsil Mərkəzi nümayəndəsi Günel Abdullayeva layihə haqqında geniş məlumat verərək, tələbə - gənclərin ?2007-2015`ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı? na marağını artırmaq məqsədi ilə 11 universitet arasında keçirilən ingilis dili müsabiqsinin 3 mərhələdə aparılmaqla 80`dən çox tələbəni əhatə etdiyini qeyd etmiş, Azərbaycan Respublikası Təhsil və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliklərinin də dəstək vermiş olduğu layihənin məqsədinin gənclərin asudə vaxtlarını təhsil məsələlərinə yönəldilməsi olduğunu vurğulayıb. Daha sonra çıxış edən Mərkəzin direktoru Əsgər Səfərli və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bu cür layihələrin keçirilməsini məqsədəuyğun hesab etdiklərini, dövlətin gənclərlə bağlı təhsil siyasətini dəstəklədiklərini qeyd edib. Layihə gedişatından bəhs edən video çarxın nümayişindən sonra layihənin qalibləri açıqlanmış və müvafiq diplom və hədiyyələr ilə təltif olunmuşlar. Qeyd edək ki, layihənin əsas qalibi Səfurə Əhədova Londonda 2 həftəlik ingilis dili kursu, II yerin qalibi Ləman Abdullayeva 2 aylıq, III yerin qalibi Abdulla Əlixanov isə 1 aylıq Oskar Mərkəzində TOEFL kursu qazanıblar. Sonda qalib və layihə iştirakçılarının çıxışları dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR