İqtisadçıdan həyəcan təbili və ya Neft Fondundan büdcəyə köçürmələr...

img

02-10-2016 [14:47]


Tanınmış iqtisadçı ekspert Məhəmməd Talıblı özünün "Feysbuk" səhifəsində həyəcan təbili çalan status paylaşıb.

Mia.az həmin statusu oxucularına təqdim edir:

****

Növbəti ilin dövlət büdcəsinə Neft Fondundan (NF) götürülən vəsaitin məbləği 6,1 milyard manat olacaq. Bu məbləğ cari ilin dövlət büdcəsinə ediləcək transfer 7 milyard 615 milyon manatdan təxminən 1,5 milyard manat azdır. 

Deməli, NF-dan dövlət büdcəsinə ediləcək transferin nisbətində 20 faiz azalma baş verəcək. Düzdür, bunu bəzi rəsmilər büdcənin neftsiz ayaq üstə durmasına hazırlıq və aslılığın azalmasının bir məqsədyönlü siyasəti kimi xarakterizə etmək istəyir. Amma mən, bununla razı ola bilmirəm.

Səbəbi izah etməyə çalışacam: 

Əvvəla, nəzərə alaq ki, təxminən 16 mlrd. (15,995 mlrd.) büdcənin 6,1 mlrd.manatının büdcənin heç bir səmərli olmayan fiskal siyasəti hesabına təmin edilməsi az deyil. Çünki bu məbləğ büdcə gəlirlərinin 38,1 faizi deməkdir. 

Bu isə o deməkdir ki, NF-suz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir. Bu isə kənar dəstək olmadan büdcə dayanıqlığı modelinə uyğun gəlmir.

İkincisi, əvvəlki illər ekskursiya etməyə gərək var. 2003-cü ildə dövlət büdcəsinə NF-dan cəmi 100 milyon manat səviyyəsində, 2008-ci ildə 3,8 milyard manat və nəhayət, 2014-cü ildə 9 milyard 337 milyon manat səviyyəsində transfer edilmişdi. 2001-ci ildən başlayaraq, ötən ilə qədər NF özünün gəlirlərinin 91 faizini dövlət büdcəsinə köçürməklə, onun kəsr risklərinin aradan qaldırılmasını kompensasiya edib. 

Demək, növbəti ildəki məbləğ ötən illə müqayisədə azalma kimi görünsə də, amma NF-nun yenicə yarandığı vaxtlarla müqayisədə 60 dəfə böyük həcmdə vəsaitin köçürülməsinə nail olur və NF-nun gəlirlərinin büdcə vasitəsilə xərclənməsindən yararlana bilib. 

Üçüncüsü, növbəti ildə NF-nun özünün gəlirlərinin azalması fonunda dövlət büdcəsinə köçürmələrdə də qənaət etməyə məcbur olacaq. Bu məqsədli olaraq transferlərin limitləşmə siyasətinin məntiqi davamı yox, NF-nun özünün gəlir mənbələrinin azalması ilə bağlıdır. Necə deyərlər, çoxdan çox verirdi, indi də azdan az verəcək.

Başqa sözlə, NF-u əvvəlki illərdə dövlət büdcəsinin "təhlükəsizlik yastığı” idisə, indi onun özünün qəza keçirdiyindən "havası” boşalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb