"Sülh və müstəqillik yolunda birləşin" - Roma Papası

img

01-10-2016 [22:35]


«Dinc yanaşı yaşama region xalqlarının və dövlətlərin davamlı tərəqqisi üçün mütləq şərtdir».

Bunu Gürcüstanda olan Roma Papası Fransisk prezident Giorgi Margvelashvili ilə görüşdən sonra deyib.

Pontifik hakimiyyət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinin qarşısında çıxış edib. Papa Gürcüstana sülh və müstəqillik yolunda birləşməyi arzu edib. Papa deyib ki, məhz bu, sabit, ədalətli və qanuna hörmət mühiti yaradar.

Papa daha sonra Tbilisidəki stadionda kütləvi ayində iştirak edib. Ayin zamanı deyib ki, kilsələr insanlara ilahi rahatlıq gətirməlidir.

Papa Fransisk oktyabrın 2-də Bakıya gələcək.

Azadlıq radiosu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA