Milli Məclisdən rayon maşınlarının Bakıya buraxılmamasına - Etiraz

img

30-09-2016 [17:07]


Milli Məclin bu gün keçirilən iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib.

O, bunu vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib. "İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır”.

Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: "Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA