Parlamentin xüsusi iclasları bölgələrdə keçirilsin - Millət vəkilindən təklif

img

30-09-2016 [12:38]


Milli Məclisin iclasında deputat Fazil Mustafa bir sıra təkliflərlə çıxış edib.

Deputat bildirib ki, Bakının işğaldan azad edilməsi ilə bağlı tarixi günü artıq bayram kimi qeyd etməyə başlamalıyıq: "Artıq Nuru Paşanın adının əbədiləşdirilməsinə çalışmalııyıq: Azərbaycanın xilas edən adamın adına heç bir küçə də yoxdur. Mustafa Sübhi adlı kommunistin, Azərbaycana dəxli olmayan bir adamın adına isə küçə var. Biz Nuru Paşanın adını da artıq əbədiləşdirilməliyik”.

Deputat Aydın Mirzəzadə müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclaslarının Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı olan Gəncədən başlamaqla Naxçıvanda, Mingəçevirdə, Şamaxıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA