?Veb Master? adlı layihəyə yekun vurulub

img

03-05-2010 [02:07]


Bu gün Avropanın Gənc Azərbaycanlı Dostları Assosasiyası, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İnformasiya Proqramının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Veb Master? adlı layihənin yekunu ilə əlaqədar mətbuat konfransı keçirib. Konfransda çıxış edən AGADA-nın Baş katibi Həmid Qasımov layihə haqqında iştirakçılara geniş məlumat verdi. Layihəni icra etməkdə əsas məqsədimiz Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə gənclərin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etmək idi. Layihə çərçivəsində gənclərə veb səhifələrin və bloqların yaradılması üçün müxtəlif təlimlər, praktiki məşğələlər və internet aksiyaları keçirilmişdir. Yanvar ayından icrasına başlanılan bu layihə, iki minə qədər gənci əhatə etmişdir. Daha sonra təlimləri uğurla başa vurmuş iştirakçılara diplomlar təqdim olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR