?Ermənistan: əsir və girovları qaytar? adlı beynəlxalq kampaniya bazlanıb

img

30-04-2010 [06:32]


Ermənistanda girov və əsir saxlanılan 783 nəfər Azərbaycan vətəndaşının taleyi hələ də naməlum olaraq qalır. Bunun üçün ?Ermənistan: əsir və girovları qaytar? adlı beynəlxalq kampaniyaya start verilib. Bu barədə Atatürk Mərkəzində keçirilmiş tədbirdə BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, ?Erməni sindromu?, ?Erməni əsirliyində? və bir sıra kitabların müəllifi, tədqiqatçı-yazıçı Aygün Həsənoğlu açıqlama verdi. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Aygün Həsənoğlunun sözlərinə görə rəhbərlik etdiyi qurum qeyri-hökümət təşkilatı kimi əsir və girovların ailələri ilə görüşüb onların müraciətləri əsasında bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini yönəldəcək. ? İllərdir ki, müharibə dövründən bu yana əsir və girovluqda saxlanılan vətəndaşlarımızdan xəbər yoxdur. Ermənistan onların taleyi barədə heç bir məlumat vermir. Biz isə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb, onların soydaşlarımızın taleyi ilə bağlı maraqlanmasını xahiş edəcəyik.? Kampaniya çərçivəsində ilkin mərhələ kimi əsir və girovlarla bağlı məlumatlar beynəlxalq təşkilatlara, daha sonra isə xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına göndəriləcək. Daha sonra isə dəqiq faktlar əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq, bir sıra əsir və girovluqda olan soydaşlarımızın taleyi ilə bağlı beynəlxalq səviyyədə məhkəmə iddiası qaldırılması nəzərdə tutulur. Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri namizədi Vüqar Zifəroğlu çıxışında informasiya müharibəsinin psixoloji aspektlərinə və medianın bu istiqamətdə rolundan danışdı. O, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, zəruri faktları əhatə edən saytların, informasiya resurslarının müxtəlif əcnəbi dillərdə sayının daha da artırılmasının vacibliyini vurğuladı. Çıxış edənlər məsələnin aktual olduğunu və digər təşkilatların da bu kampaniyaya dəstək olmasını bildirdilər. Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçən ilə aid araşdırmalarına əsasən 552 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onlardan 104 nəfəri qadın, 447 nəfəri kişidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR