?Söz azadlığı azad cəmiyyətin təməl prinsiplərindən biridir? mövzusunda Dəyirmi Masa keçirilib

img

30-04-2010 [04:24]


52;n AMİP-in müvəqqəti qərargahında siyasi partiya təmsilçilərinin, Qeyri-Hökümət Təşkilatları və KİV rəhbərlərinin iştirakı ilə Ümumdünya Söz Azadlığı gününə həsr olunmuş ?Söz azadlığı azad cəmiyyətin təməl prinsiplərindən biridir? mövzusunda Dəyirmi Masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri açan AMİP Mətbuat və Təbliğat Katibi Əli Orucov əvvəlcə bu əlamətdar günün tarixi haqqında qısa məlumat verərək qeyd etdi ki, azad söz olmayan yerdə demokratik cəmiyyətin də mövcudluğundan danışmağa dəyməz. O, həmçinin bildirdi: ?Həyatın digər sahələrində olduğu kimi Azərbaycanda söz azadlığı və fikir plüralizimi sahəsində də xeyli qüsurlar qalmaqdadır. Baxmayaraq ki, senzura aradan qaldırılıb, müəyyən qanunvericilik bazası yaradılıb. Amma qanunların işləməməsi və dövlət idarəçiliyindəki qeyri-şəffaflıq, bir sıra məmurların köhnə təfəkkürdən əl çəkməməsi, söz azadlığının inkişafında ciddi əngəllər yaradır. Partiya funksioneri söz azadlığından sui-istifadə hallarının da olmasından təəssüflənərək tənqidlə təhqirin fərqliliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. Mediya və Mülki Cəmiyyət İnstitutunun rəhbəri Xanoğlan Əhmədov mətbuata davamlı təzyiqlərdən narahatçılığını ifadə etdi: ?Nə qədər ki, Azərbaycanda vətəndaşların təbii hüquqları tanınmayacaqsa, fərqli fikir daşıyıcılarının hüquqlarına da hörmət qoyulmayacaq. Milli Mənəvi Dəyərlərin Müdafiəsi İctimai Birliyinin rəhbəri Jalə Cəfərova bəzi jurnalistlərin hazırlıq səviyyəsinin aşağı olmasından danışdı. O, xüsusən də, elektron KİV-lərdə milli mənəvi dəyərlərə zidd verlişlərin artmasına və təsadüfi insanların mətbuat orqanlarına yol tapmasına etirazını bildirdi. ?Azərbaycanda mediyanın ən ağrılı problemlərindən birinin iqtisadi aslılıq və reklam bazarının olmamasıdır?-deyən, ?Turan? İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bununla bağlı qabaqcıl ölkələrin təcrübəsi ilə müqayisələr apardı. Onun fikirincə, ?hazırki durumdan yeganə çıxış yolu siyasi sistemin dəyişməsi və demokratik dəyərlərə əsaslanmaqdır?. Tədbirdə iştirak edən ADP funksioneri Nurəddin İsmayıl, KXCP sədr müavini Xəzər Teyyublu, Ümüd Partiyasının sədr müavini Taleh Əliyev və digərləri mövzu ilə bağlı çıxışlarında azad sözün problemlərinə toxunaraq, problemin həllinə dair öz fikirlərini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR