KiV Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə jurnalist yazılarının müsabiqəsini elan edib

img

29-04-2010 [06:45]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının 135 illiyi münasibətilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir: [b]İstiqamət, Təklif olunan mövzu[/b] 1 Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət quruculuğunda KİV-lərin rolu 2 Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Azərbaycan Respublikasında demokratik qanunvericilik söz və məlumat azadlığının qarantıdır 3 İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması Vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsində KİV-lərin rolu 4 İctimai və dövlət maraqlarının müdafiəsi Dövlət naminə təəssübkeşlik: fərdilikdən milli maraqlara doğru 5 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: ədalətsizliyə və prinsipsizliyə necə son qoymalı? 6 Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi Azərbaycan dünyaya açıq ölkədir 7 Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması Qaçqınam, köçkünəm... Doğma yurdumdan mənə bir xəbər 8 Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği Yurdum, yuvam, məskənimsən 9 Azərbaycançılıq ideyasının təbliği Müstəqil dövlətçiliyimizin təməl prinsipi - Azərbaycançılıq 10 Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi Regionların inkişafında yeni mərhələ: müasirləşmə və sosial tərəqqi 11 Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi Azərbaycanda azad sahibkarlıq iqtisadi inkişafın qarantıdır 12 İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi İKT müasirlik və tərəqqinin əsas göstəricilərindəndir 13 Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi Dünyanın hər yerində Azərbaycanlı kimi və Azərbaycan üçün 14 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi Azərbaycan etnik-dini tolerantlığın örnəyidir 15 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması Azərbaycan ailəsi modeli demoqrafik inkişafın mühüm amilidir 16 Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi Fəxr edirəm ki, azərbaycanlıyam! 17 Uşaq və gənclərin fiziki və mənəvi inkişafı Gənclərin fiziki və mənəvi tərbiyəsində idmanın rolu [b]Müsabiqədə iştirak[/b] Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər 1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. 2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. 3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir). 5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir. [b]Tələb olunan sənədlər[/b] 1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti. 2. Şəxsi VÖEN və surəti. 3. Şəxsi bank rekvizitləri. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır. Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları: - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; - ictimai maraqların müdafiəsi. Hər mövzu üzrə 2 qalib müəyyənləşdiriləcək. Hər mövzu üzrə maksimum 25 bal müəyyən olunur. 10-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları Fonda təqdim olunmalıdır. Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır. Nəticələr iyulun 22-dək elan ediləcək. Yazılar və sənədlər Fonda şəxsən 2010-cu il aprel ayının 30-dan iyulun 1-dək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək təqdim edilə bilər. Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz: Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə. Telefon: 537-19-41, 537-19-45. www.kivdf.gov.az İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur): Yazının aid olunduğu istiqamət Adı, soyadı, atasının adı Mətbuatda təxəllüsü (əgər varsa) Ünvanı və poçt indeksi - iş telefonu - ev telefonu - mobil telefonu - elektron poçt ünvanı Şəxsin imzası ________________ Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2010-cu il

Digər xəbərlər
SON XƏBƏRLƏR