?Milli Tərəqqi Uğrunda? ictimai Koalisiyanın təqdimatı olub

img

29-04-2010 [05:10]


Yeddi qeyri-hökümət təşkilatı ?Milli Tərəqqi Uğrunda? İctimai Koalisiyası yaradıb. Bu barədə Atatürk Mərkəzində keçirilmiş təqdimatda ?Müasir İnkişaf? İctimai Birliyinin sədri, ?Türk eli? jurnalının baş redaktoru Mübariz Aşırlı məlumat verdi. O, çıxışında Koalisiyanın yaranma zərurəti və əhəmiyyətindən danışdı və bildirdi ki, Milli QHT Forumunun rəhbərliyinin yüksək qiymətləndirdiyi qurum cəmiyyətdə öz ictimai faydalı addımları ilə fərqlənəcək: ?Məqsədimiz milli düşüncəyə, dövlətçiliyə xidmət edən və onun daha da inkişafı naminə qeyri-hökümət təşkilatlarının səy və qüvvələrini birləşdirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, milli dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərməkdir. Biz eyni zamanda bu istiqamətdə dövlət strukturları ilə də əməkdaşlıq edəcəyik?. BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış yazar Aygün Həsənoğlu dünyada gedən qloballaşma prosesinin müsbət və mənfi tərəflərinə toxundu və bildirdi ki, milli mənəvi dəyərlərin zərərli amillərdən qorunması, bu istiqamətdə addımların atılması vacibdir. Tədbirdə çıxış edən tarix elmləri namizədi Güllü Yoloğlu və digər ziyalılar ölkə daxilində xaricdə Azərbaycanla bağlı nəşr edilən elmi, tarixi kitablarda faktların təhrifinə toxundular. G. Yoloğlu bildirdi ki, bu cür işlərdə ziyalılar diqqətli olmasını, dərhal həmin məsələyə elmi şəkildə cavablandırılmasının vacibliyini vurğuladı. Sonda qonaqlar Koalisiyanın fəaliyyətində uğurlar arzuladılar. Qeyd edək ki, Koalisiyada Dünya Gənc Yazarlar Birliyi, BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi, ?Oğuz? Müstəqil Araşdırmaçılar Qrupu, ?Müasir İnkişaf?, ?Qlobal İnteqrasiya və Dialoq Mərkəzi, Qlobal İnteqrasiya və Dialoq Mərkəzi, Müstəqil Mətbuat Mərkəzi və digər təşkilatlar Koalisiyada təmsil edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR