Milli Televiziya və Radio Şurası ANS-ə xəbərdarlıq edib

img

28-04-2010 [05:56]


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda teleradio məkanında mövcud vəziyyət və yayımçıların monitorinqlərinin nəticələri müzakirə edilib. Şuranın yekun qərarına əsasən 18 aprel 2010-cu il tarixdə yayımlanan "Ağlasığmaz həqiqətlər" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR