?Qarabağ xanlığı? kitabının təqdimat mərasimi keçirilib

img

28-04-2010 [01:35]


Bu gün Atatürk mərkəzində Tarix elimləri doktoru, professor Tofiq Mustafazadənin ?Qarabağ xanlığı? kitabının tanıtım mərasimi olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan T.Mustafazadə öncə belə bir kitabın yazılmasının məqsədini açıqlayıb. Müəllif son illər tarixən Azərbaycan ərazisi olub itirilmiş ərazilərimizin və düşmənlərin ölkəmizdən qoparmaq istədikləri ərazilərin tarixinin öyrənilməsi istiqamətində ciddi addımlar atıldığını bildirib: ? Qarabağ xanlığı? kitabını həmin istiqamətdə atılan növbəti addım saymaq olar. Nəzərə alsaq ki , erməni təcavüzkarları bölgənin tarixini saxtalaşdıran çoxsaylı ?əsərlər? yazdıqları halda, Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının ayrı-ayrı məsələlərinə xüsusi həsr edilmiş cəmi dörd-beş əsər var, xanlığın tarixini kompleks şəkildə araşdıran tədqiqatlara, düşmənlərimizə layiqincə cavab verən saxta, qərəzli fikirlərini ifşa edən ciddi və fundamental əsərlərə ehtiyac vardır. Oxucularımıza təqdim olunan ? Qarabağ xanlığı? əsəri məhz bu məqsədə xidmət edir?. Professor qeyd edib ki, əsər çox geniş mənbə bazasına söykənir: ?İlkin tarixi qaynaqlar ? ?Qarabağnamə?ləri, 1727-ci ildə osmanlıların tərtib etdiyi ?Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərni?, 1823-cü ildə rus məmurları tərəfindən tərtib olunmuş ?Qarabağ əəyalətinin təsvirini? , Rusiya arxivlərində saxlanılan materialları və bir çox digər qaynaqları tədqiqata cəlb etmişəm?. Müəllif vurğulayıb ki, kitabın əhəmiyyəti və faydası Azərbacan tarixşünaslığını zənginləşdirir. Onun sözlərinə görə, Ermənistanala ideoloji müharibədə ermənilərin ərazi iddialarının əsassızlığını sübuta yetirmək üçün tutarlı dəlillər ortaya qoymaq lazımdır: ?Dövlətçilik tarixi və ənənələrinin öyrənilməsinin gənclərə vətənpərvərlik ruhunu aşılamaqda müəyyən faydası olduğunu nəzərə alaraq, dövlətçilik tarixində özünəməxsus yeri olan Qarabağ xanlığınım tarixinin öyrənilməsi müəyyən əhəmiyyət kəsb edir. Qarabağ xanlığının Rusiya tərəfindən işgalının nümunəsində görürük ki, Azərbaycanın bəlalarının kökü vaxtilə onun siyasi dağınıqlığda olmuşdur, deməli biz həmişə birliyə və dövlətimizi möhkəmləndirməyə çalışmalıyıq?. Tədbirə qatılanlar kitab barədə fikirlərini bildiriblər. Daha sonra müəllim qonaqlara imzaladığı kitabları hədiyyə edib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR