Poliqon informasiya Agentliyinin saytına haker hücumu davam edir

img

27-04-2010 [07:21]


Keçən həftədən bəri Poliqon İnformasiya agentliyinin saytına davam edən haker hücumu bu gün pik nöqtəyə çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə PİA-nın rəhbəri Şahin Ağabəyli məlumat verib: ?Ötən həftə sayta virus yollayan hakerlər saytın admin hissəsini yararsız hala salmış, fəaliyyətində bir günlük problem yaratmışdı. Elə həmin günü texniki işçilərimiz problemi qismən yoluna qoysa da, bir neçə gündür ki, sayta aramsız virus hücumu davam edirdi. Bunun nəticəsi olaraq da, oxucularımız iki gündür ki, sayta daxil olmaqda problemlər yaşayırlar. Bu gün isə sayta haker hücumu pik nöqtəsinə çatıb. Saytın admin hissəsinə hakerlər tərəfindən blok qoyulub. Sayta hücum edən hakerlər öz imzalarını da qoymağı unutmayıblar. Saytın admin hissəsində yazılana görə, sayt ?Azerbaijan Defacers Group? tərəfindən hak edilib. Poliqon İnformasiya Agentliyinin rəhbərliyi tərəfindən faktla bağlı araşdırma aparılacaq və bu barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR