?Xural? qəzetinin Sabirabadda keçirmək istədyi tədbirin qarzısı alınıb

img

27-04-2010 [12:37]


?Xural? qəzetinin 3 may Türklük Günü Sabirabad rayonu ərazisində yerləşən Kür və Araz çaylarının qovşağındakı ?Suqovşan? deyilən əraziyə yürüş təşkil etməsinə güc strukturlarından ciddi təpki gəlib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Sabirabad rayon polis idarəsinin rəis müavini Zülfü İsayev ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallıya zəng edərək kəskin şəkildə xəbərdarlıq edib. Rəis müavini bildirib ki, ?yuxarıdan? aldığı göstərişə əsasən, həmin gün rayonun bütün giriş-çıxış yollarını polislər tərəfindən bağlayacaqlar. Rəis müavini deyib ki, heç kim rayonun ?Suqovşan? adlanan ərazisinə ziyarətə gedə bilməz. Bundan sonra Əvəz Zeynallı Sabirabad rayon icra hakimiyyətinin başçısı Heydər Abbasovla əlaqə saxlamaq istəsə də, Heydər Abbasovun telefonları cavab verməyib, İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İlham Əsgərovla əlaqə saxlayan Zeynallıya İlham Əsgərov bildirib ki, icra başçısı Heydər Abbasov rayonda olmadığından onu birinci müavin Vəfadar Bağırov əvəzləyir. Bununla bağlı birinci müavinlə danışmaq lazımdır. Lakin bütün rəsmi müraciətlərə baxmayaraq rayon rəhbərliyi insanların dinc şəkildə müqəddəs saydıqları yerlərin ziyarətinə getmələrinə maneçilik törədəcəklərini bəyan ediblər. Bundan sonra Əvəz Zeynallı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla əlaqə saxlayaraq polis rəisinin müavinin dediklərini, onlara qarşı hədə-qorxu gəlindiyini bildirib. Əvəz Zeynallı ziyarətin zorla da olsa, dağıdılacağı ilə bağlı rəis müavinin rəhbərlikdən göstəriş aldığını deyəndə isə, Sadiq Gözləov DİN tərəfindən Sabirabad rayon polis şöbəsinə bu barədə heç bir göstərişin verilmədiyini qeyd edib. Qeyd edək ki, 3 may Türklük Günü ilə bağlı Sabirabad rayonuna səfər heç bir halda qanunlarımıza zidd olmadığından tədbirin təşkilatçısı olaraq ?Xural? qəzeti bəyan edir ki, bu tədbir keçiriləcək. Tədbirlə bağlı olaraq əlaqədar qurumlar məlumatlandırılıb. İndidən bəyan edirik ki, hər hansı təxribat xarakterli hadisə baş versə, bunun məsuliyyətini Sabirabad rayon icra hakimiyyəti və rayonun polis şöbəsi daşıyacaq. Suqovşana təşkil ediləcək səfərlə bağlı təşkilati işlər davam etdirilir. Bu aksiyaya qoşulmaq istəyənlər, bazar gününə qədər müraciət edə bilərlər. Tədbir Türklük Günündə ? may ayının 3-də ?Xural? qəzetinin təşkilatçılığı ilə baş tutacaq,

Digər xəbərlər
SON XƏBƏRLƏR