?Azərbaycanda ifadə azadlığı? mövzusunda tədbir keçiriləcək

img

26-04-2010 [05:39]


3 May - Ümumdünya Mətbuat azadlığı günüdür. Bu münasibətlə elə həmin tarixdə - mayın 3-də ?Azərbaycanda ifadə azadlığı? mövzusunda geniş toplantı təşkil olunacaq. Britaniyanın ?Article 19? təşkilatı, ?Yeni Nəsil? Jurnalistlər Birliyi və İfadə Azadlığı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə Azərbaycanda informasiya və ifadə azadlığı sahəsində müstəqillik dövründə keçilmiş yol, çətinliklər və perspektiv imkanlar müzakirə ediləcək, problemlərin həlli istiqamətində yeni təşəbbüslər təqdim olunacaq. Toplantıda müxtəlif səfirliklərin nümayəndələri, nazirliklər və dövlət komitələri üzvləri, millət vəkilləri, KİV rəhbərləri iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR