Mətbuat Şurası bir jurnalı və 8 qəzeti "qara siyahıya" saldı

img

23-04-2010 [06:16]


Aprelin 23-də Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. ?Media forum? saytı xəbər verir ki, iclasın gündəliyində 5 məsələ olub və ilk olaraq ?Bakı təhsili?, ?Əlillər dünyası?, ?Gənc müəllim? və İmişli rayonunda çıxan ?Xalq sözü? qəzetlərinin quruma qəbulu barədə qərar çıxarılıb. Sonra MŞ-nin şikayətlər üzrə və reket jurnalistikasına qarşı mübarizə komissiyalarında baxılmış məsələlər müzakirə olunub. Macarıstanda məhbus həyatı yaşayan azərbaycanlı zabit Ramil Səfərov haqqında həqiqətə uyğun olmayan materiallar dərc etdiyinə görə ?Respublika gəncləri? qəzetinə həm R.Səfərovdan, həm də onun atası Sahib Səfərovdan üzr istəmək tövsiyə olunub, ciddi xəbərdarlıq edilib, bu mətbu nəşri şuranın ?qara siyahı?sına salmaq qərarı verilib. Bu siyahıya daha 7 qəzetin və 1 jurnalın - ?Türk Azərbaycan dünyası?, ?Söz azadlığı?, ?Azərbaycan və iqtisadi yüksəliş?, ?Qanun alidir?, ?Azərbaycan tərəqqisi?, ?Detektiv press?, ?Qanun və həyat? qəzetlərinin və ?Qulaqburması? jurnalının adı salınıb. ?Azərbaycan Cümhuriyyəti? qəzetinə isə fəaliyyətindəki etik pozuntulara və MŞ-nin qərarlarına sayğısızlığa görə ilkin xəbərdarlıq edilib. Qərara alınıb ki, belə halların təkrarlanacağı təqdirdə mətbu nəşr barədə daha ciddi ölçü götürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR