Avropa insan Hüquqları Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərarı elan edib

img

22-04-2010 [03:03]


Avropa İnsan Haqları Məhkəməsi ?Gündəlik Azərbaycan? və ?Realnıy Azərbaycan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı qərar verib. Müstəqil İnformasiya Agentliyi məhkəmənin saytına istinadən xəbər verir ki, məhkəmə Eynulla Fətllayevin azad olunması və hökumətin 25 min avro tezminat ödəməsi barədə qərar qəbul edib. Xatırladaq ki, ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı ?Qarabağ gündəliyi? adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR