?Yeni Müsavat? qəzetinin ?Azəriqaz? istehsalat Birliyinə qarzı iddiasını rədd edildi

img

21-04-2010 [02:43]


Xətai Rayon Məhkəməsi ?Yeni Müsavat? qəzetinin ?Azəriqaz? İstehsalat Birliyinə qarşı iddiasını rədd edib. ?Yeni Müsavat? qəzeti ?Azəriqaz?ın rəisi Əkbər Hacıyevə sorğu ilə müraciət edərək Bakıda fəaliyyət göstərən iaşə obyektlərinin 2007-2008-ci illərdə ödədiyi qazpulu haqqında məlumat istəmiş, ?Azəriqaz? rəhbərliyi məlumat verməkdən imtina edəndə qəzet iddia ərizəsi ilə məhkəməyə üz tutmuşdu. ?Müsavat.com? portalının məlumatına görə, aprelin 21-də keçirilən prosesdən sonra ?Yeni Müsavat?ın hüquqşünası Vaqif Hüseyn deyib ki, qəzetin iddialarının haqlı olduğunu sübuta yetirən kifayət qədər dəlil-sübut vardı: ?Amma məhkəmə hanısa subyektiv mülahizələri əsas götürüb qərar çıxardı. Məhkəmənin hansı əsaslarla belə qərar verdiyi şəxsən mənim üçün də bir hüquqşünas kimi maraqlıdır. Biz bu işi sonadək, məhkəmə instansiyaları üzrə davam etdirəcəyik, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR