Mirzə Sakitə Almaniyada 2 otaqlı mənzil verilib

img

21-04-2010 [01:53]


Almaniyada yaşayan satirik yazar, ?Azadlıq? qəzetinin əməkdaşı Mirzə Sakitə Hamburq şəhərində iki oraqlı ev verilib. Bu barədə jurnalistin özü məlumat verib: ?Müalicəm davam edir, tezliklə alman dili kursuna da getməyi planlayıram. Səhhətim çox yaxşıdır. Azərbaycanda olanda yuxusuzluqdan əziyyət çəkirdim, burda çox yaxşı yatıram?. Martın 11-dən Almaniyada olan satirik yazarı bu ölkəyə Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyəti dəvət edib. O, bir il Hamburq şəhərində yaşayacaq. Satirik martın 18-də prezidentin əfv fərmanı ilə həbsdən çıxmış qardaşı, ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşəcəyini deyib: ?May ayında Qənimətin Almaniyaya səfəri gözlənir. Hamburqda Gerd Buserius adına ?Şərqi Avropada azad mətbuat? mükafatının təqdimat mərasimi olacaq. Qənimət mükafata layiq görülmüş köşə yazarı Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyasının nümayəndəsi ilə birlikdə gəlməyi planlaşdırır?. 2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan M.Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub. Mediaforum

Digər xəbərlər
SON XƏBƏRLƏR