informasiya müharibəsində Azərbaycanın təbliğat imkanları arazdırılır

img

16-04-2010 [02:43]


Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?İnformasiya müharibəsində Azərbaycanın təbliğat imkanlarının öyrənilməsi və genişləndirilməsi? mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi informasiya mübarizəsində Azərbaycanın davamlı üstünlüyünün təmin edilməsi, Azərbaycanın haqqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, bugünədək Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətə yayımlanan yalan dolu materiallar və saxta faktları aradan qaldırmaq, Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut etmək, bu sahədə atılacaq gələcək addımları təyin etməkdir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov verib. Layihə rəhbərinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələri barədə müxtəlif vəsaitlərin hazırlanması və bu haqda beynəlxalq ictimaiyyətin məlumatlandırılması hazırda qarşıda duran ən ciddi, təcili həllini tələb edən problemlərdən biridir. ?Müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunub, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinin ümdə məqam sayıldığı sürəkli olaraq təkrarlanıb. Ölkəmizi təmsil edən rəsmi və qeyri-rəsmi heyətlər çeşidli ölkələrə yollanaraq bəhs etdiyimiz problemdən danışıblar, eyni zamanda ən müxtəlif ölkələrin təmsilçiləri Azərbaycana səfər edərək Qarabağ münaqişəsinin nəticələrini görüblər. Digər işlər, nəticələr və proseslər var ki, onların hamısı məlum olduğundan bir daha sadalamağa ehtiyac duymuruq. Lakin bütün bunlar yetərli deyil, çünki dünya birliyi hələ də Qarabağ problematikasına təfərrüatları ilə bələd deyil?-deyə X.Əhmədov qeyd edib. Məhz bu səbəbdən Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin yalanları bir çox dövlətlərdə dinlənilir, reallıqdan uzaq qərarlar qəbul olunur. Səbəbsə sadədir: Ermənistanın işğalçılığını dünya birliyinə çatdırpmaq üçün görülən işlər hələ yetərli səviyyədə deyil. Müharibə şəraitində yaşayan və iyirmi faiz torpaqları təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kimi bir dövlət üçün informasiya müharibəsi daha böyük əhəmiyyət kəsb edir. Bu gün əminliklə vurğulamaq olar ki respublikamızın, ermənilərin bir əsr ərzində təbliğat maşınını dağıtmaq, passiv müdafiədən çıxıb aktiv təbliğat mübarizəsinə başlamaq üçün tam imkanlar var. Ancaq burada əsas problem bu mübarizənin aparılma qaydalarını müəyyən edən təşkilati məsələlərin həllindən asılıdır. X.Əhmədov daha sonra bildirib ki, bu layihənin həyata keçirilməsi və layihə çərçivəsində görüləcək işlər qeyd edilən problemlərin həllinə yardım istiqamətində əhəmiyyətli töhfə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR