İcra başçısının oğluna yeni vəzifə verildi, sabiq icra başçısının oğlu isə çıxarıldı - Ramil Usubovdan yeni əmrlər

img

22-06-2016 [21:28]


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Mia.az xəbər verir ki, nazir Ramil Usubovun əmri ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin edilib.

Mia.az onu da xəbər verir ki, nazir Ramil Usubovun başqa əmriylə isə 29-cu PB-nin rəisi Faiq Hüseynov sərəncama götürülüb.

Onu da qeyd edək ki, Vüsal Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur. Sərəncama götürülən Faiq Hüseynov isə Binəqədinin sabiq icra başçısı Hüseyn Hüseynovun oğludur.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 13.05.2025

Sabah yağış yağacaq