?Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təzkili bazlıca amil kimi? ayihəsinin icrasına bazlandı

img

12-04-2010 [05:01]


Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə ?Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təşkili başlıca amil kimi? layihəsinin icrasına başlayıb. Layihənin 01.04. - 31.07.2010 tarixlərində 4 ay müddətində gerçəkləşdirilməsi nəzərdə tutulur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihə çərçivəsində həyata keçiriləcək başlıca iş monitorinqlərin aparılmasıdır. Layihənin davam etdiyi ayların hər birində baş tutacaq bu tədbirdə ölkənin müntəzəm yayımlanan 20-dək kütləvi informasiya vasitəsinin materialları nəzərdən keçiriləcək. Məqsəd həmin KİV-lərin ay ərzində ilk mənbəyə istinad faizini araşdırmaqla mövcud sahədəki ümumi tendensiyaları müəyyənləşdirməkdir. Layihənin may və iyun ayları həmçinin sorğuların təşkilinə sərf olunacaq. Sorğular iki istiqamətdə aparılacaq. İlk olaraq jurnalistlərin dövlət qurumları, idarə, müəssisə və təşkilatların ilk mənbə rolunda çıxış etmələrinə dair münasibətinə aydınlıq gətiriləcək. İkinci mərhələdə isə ilk mənbə rolunda çıxış edən respondentlərin yaydıqları informasiyaların KİV-də işıqlandırılması səviyyəsinə nəzər salınacaq. Qeyd edək ki, layihə çərçivəsində iyul ayında ?Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: reallıqlar və müasir tendensiyalar? mövzusunda ?dəyirmi masa?nın təşkili də nəzərdə tutulur. Layihənin yekunlarına həsr olunacaq toplantıda monitorinqin və sorğunun nəticələri cəmiyyətə açıqlanacaq, bu sahədəki tendensiyalar ətrafında fikir mübadilələri aparılacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR