QHT Şurası və ?Qaradağ Sement? ASC birgə maliyyə yardımı müsabiqəsi elan edir

img

12-04-2010 [03:14]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və ?Qaradağ Sement? Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı sosial tərəfdaşlıq proqramı çərçivəsində birgə müsabiqə elan edir. Müsabiqənin mövzuları, şərtləri və keçirilməsi haqqında Şura və ?Qaradağ Sement? ASC rəhbərləri Azay Quliyev və Horia Adrianın keçirəcəyi birgə mətbuat konfransında ətraflı məlumat veriləcəkdir. Mətbuat konfransı 13 aprel 2010-cu il saat 12.00-da ?Trend? İnformasiya Agentliyinin konfrans zalında olacaqdır. (Ünvan: Firudin Ağayev küçəsi -14, Akademiya şəhərciyi).

Digər xəbərlər
SON XƏBƏRLƏR