ixtiyar Şirin Əvəz Zeynallını tutdurmaq istəyir

img

12-04-2010 [02:26]


?Xural? qəzetinin baş redaktoru və təsisçisi Əvəz Zeynallı, baş redaktorun müavini Məlahət Zeynallı və sabiq müdafiə naziri Rəhim Qazıyev xüsusi ittiham qaydasında məhkəməyə verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sabiq baş prokuror İxtiyar Şirin Yasamal rayon məhkəməsinə ünvanladığı şikayət ərizəsində adları çəkilən şəxslər barəsində cinayət təqibinin başlanılmasını istəyib. Buna səbəb qəzetin 10-16 yanvar 2010-cu il tarixli 001(361) saylı nəşrində sabiq müdafiə naziri Rəhim Qazıyevin ?Kimdir xəyanətkar-mən, yroxsa Pənah Hüseyn? başlıqlı müsahibəsində yer alan fikirlərdir. İ.Şirin hesab edir ki, R.Qazıyev qəzetə verdiyi müsahibəsində onun şərəf və ləyaqətini alçaldıb. Bu gün Yasamal rayon məhkəməsində tərəflər işlə tanış olublar. ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, nə qəzetin yerləşdiyi ünvan, nə də onun və cavabdehlərin yaşadığı ünvan Yasamal rayon ərazisində yerləşmir. Buna görə də işə Yasamal Rayon Məhkəməsinin baxması düzgün deyil. Həmçinin də müsahibə müsahibin dedikləri əsasında hazırlandığından iddia ərizəsində qəzet və qəzetin rəhbərliyinin məhkəməyə verilməsi absurddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR