?islam və Media: Problemlər və Perspektivlər? mövzusunda Dəyirmi Masa keçirildi

img

10-04-2010 [05:53]


Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda ?Yeni Çağ? Analitik İnformasiya Agentliyi və Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz üzrə nümayəndəliyinin təşkilatçılığı ilə ?İslam və Media: Problemlər və Perspektivlər? mövzusunda Dəyirmi Masa keçirildi. Tədbirdə Azərbaycanın tanınmış QHT rəhbərləri, ziyalıları, din adamları iştirak edirdilər. Dəyirmi Masanı giriş sözü ilə ?Yeni Çağ? Analitik İnformasiya Agentliyinin direktoru, Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz üzrə nümayəndəsi Aqil Ələsgər açdı. Aqil Ələsgər qeyd etdi ki, ?İslam və media. Qloballaşan və dəyərlərin itdiyi cəmiyyətimizdə İslam dininə qarşı total savaş aparılmaqdadır. İslamın nüzulundan günümüzə qədər gələn İslamafobiya problemi günümüzdə daha bariz şəkil almışdır. Xüsusilə, demokratiyanın əsəri sayılan media bu gün İslama qarşı güclərin əsas silahına çevrilmişdir. Bu gün dünyada İslam dininin yayılmasının qarşısını almaq istəyən güclər media vasitəsi ilə İslama qarşı savaş açıblar. Dillərdə dolaşan ?İslam terroru? kəliməsi də bu kirli oyunlardan xəbər verməkdədir. Əgər dünyanın müxtəlif yerlərində baş verən hadisələr ?xristian terroru?, ?yəhudi terroru?, ?buddist terroru? olaraq, qeyd edilmir, ancaq hansısa qüvvələrin əməllərinin bəşəriyyətə sülh, əmin-amanlıq gətirən İslamla əlaqələndirilməsi dinimizə qarşı qərəzdən xəbər verməkdədir. Bu gün İslam dövləti adına iddia edən bir çox dövlətlərin də İslam dininin şəriətinə zahiri və formal olaraq əməl etdikləri göz önündədir. Bu dövlətlərdə baş verənləri medianın İslam adına çıxması olduqca yol verilməzdir. Dünyadakı dinlərin, o cümlədən İslam dininin müxtəlif cərəyanları, məzhəbləri, təriqətləri vardır. Haqqa çatmaq üçün hər bir kəsin müxtəlif düşüncəsi ola bilər. Ancaq nəzərdən qaçırmamalıyıq ki, İslam dininin digər dinlərdən fərqli olaraq, əsrlərdən bəri dəyişdirilməyən əsasları var. Ən başlıcası, hər hansısa bir hadisəni İslamla əlaqələndirməkdən öncə həmin hadisənin Qurani-Kərimdə buyurulanlarla nə qədər uyğun olduğuna baxmaq lazımdır. Bu səbəbdən də İslam və Media mövzusu olduqca aktualdır. Media İslamın təməl qaynağını deyil, hər hansısa müsəlman qrupların fəaliyyətini din adına qələmə verirsə, bu İslamla bağlı yanlış anlayışı ortaya çıxarır. Bu gün Qərb İnsanına təqdim olunan İslam da həmin bu medianın İslamıdır. Azərbaycanda da mediada zaman-zaman anti-İslam mövqeyi müşahidə olunmaqdadır. Bu bəzi hallarda avanturist, sensasiya axtaran insanların özünüreklam cəhdi kimi dəyərləndirilsə də, əslində bəzən avanturistlər İslama qarşı böyük oyunların piyada oyunçularına çevrilirlər. İlk baxışdan primitiv görünən bu fəaliyyətlər əslində çox böyük oyunlar üçün nəbzyoxlama prosesləridir. Hesab edirik ki, cəmiyyətin güzgüsü olan media İslama qarşı savaşın deyil, ədalətin, doğruluğun, bərabərliyin elçisi olan İslamın carçısı olmalıdır. Media və qələm sahibləri gücünü İslam üzərində sınamamalıdır. Tam əksinə, İslama qarşı düşüncələr ?demokratiya məhsulu? kimi qiymətləndirilməməlidir. Çünki bəzən media mənsubları fərqində olmadan İslama qarşı qüvvələrin vasitəsinə çevrilirlər. Bunun üçün də hər birimizin diqqətli olmağımızda fayda var. ?İslama qarşı çıxılmamalıdır? hər hansısa bir dini qrupun və ya şəxsin yanlışlıqlarını söyləməmək, susmaq anlamına da gəlməməlidir, sadəcə olaraq, hətta bəzən Papaların belə əməlləri xristianlıq kimi qəbul edilmədiyi kimi, bəzi müsəlmanların yanlışlıqları da İslami baxış olaraq qiymətləndirilməməlidir. Biz vətəndaş olaraq, Azərbaycanımızı sevdiyimiz kimi, dinimiz İslamı da qorumalı və sahib olduğumuz dəyərləri təbliğ etməliyik?. Daha sonra çıxış edən ?Oğuz? Müstəqil Araşdırmaçılar Qrupunun başqanı, filologiya elmlər namizədi Vüqar Zifəroğlu ?Qərb mediası və İslam? mövzusuna toxundu. V.Zifəroğlu qeyd etdi ki, ?Son onillikdə müsəlmanlara və İslama aid qərb kütləvi informasiya vasitələrində nəşr olunmuş yazıları daha dərindən nəzərdən keçirsək, məlum 11 sentyabr terror hadisəsindən sonra münasibətin daha sərt məcra daşımasının şahidi ola bilərik. Əgər əvvəllər İslam daha çox gerilik və kobudluqla əlaqələndirilirdisə, indi qərbin ?IV hakimiyyəti? bu mübarək dini terrorizm, fundamentalizm və müharibə konteskstində səciyyələndirir. Bu gün dünya müsəlmanları mass-mediada İslamın həqiqi mahiyyətini təhrif edən, dezinformasiya və saxtakarlıqlarla dolu olan bir kompaniyanın şahidi olmaqdadır. Heç də düşünmək lazım deyil ki, bütün bu təbliğat İslam dini, mədəniyyəti və ənənələri ilə tanış olmayan qərb kütləsinə yönəlib. Fikrimizcə, post-xristian çərçivəsində tərbiyə almış qərb ?obıvatel?i heç də bu kompaniyanın ulaşmağı qarşısına məqsəd qoyduğu hədəf deyil. Əsas zərbə gücü əslində, öz dini ilə az tanış olmuş, lakin özünü İslam dininin nümayəndəsi sayan ?ənənəvi müsəlmanlar?a və qərb mədəniyyətinin ciddi təsirinə məruz qalmış sadə insanlara yönəlib?. İslama qarşı baş verənləri təsadüfi və hansısa ateistin fərdi təşəbbüsü saymayan teoloq alim İlqar İbrahimoğlu isə vurğuladı ki, ?İslamafobistlər dinimizə qarşı səfərbər olublar və sanki bunlar kiminsə qarşısında öhdəlik götürüblər.? Dini Yazarlar Birliyinin sədri, tanınmış jurnalist Qurban Yaquboğlu Azərbaycanda ciddi dindar-media qarşıdurmasına şahid olunmadığına diqqət çəkdi. Q.Yaquboğlu media-din münasibətlərinin bu zamana qədər ciddi araşdırılmadığını söyləyərək, bu sahənin öyrənilməsinin vacibliyini vurğuladı. Q.Yaquboğlu dinlə bağlı məlumatların informasiya ilə məhdudlaşmasının doğru olmadığını, izahının da verilməsinin vacibliyini qeyd etdi. Daha sonra tanınmış publisist Mübariz Mənsimoğlu, yazar Zakir Abbas, ?Presspost? qəzetinin baş redaktoru Nigar Almanqızı, araşdımaçı Anar Turan, ?Tribuna? İnformasiya Agentliyinin direktoru Əli Əhəd, ?Nota? qəzetinin baş redaktoru Sərdar Əlibəyli və digərləri mövzu ilə bağlı fikirlərini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR