?Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam? mövzusunda publisistik məqalə müsabiqəsi

img

07-04-2010 [02:08]


Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tələbələr arasında ?Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam? mövzusunda publisistik məqalə müsabiqəsi keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, İstedadlı tələblərin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir. Müsabiqədə iştirak etmək istəyən tələbələr öz məqalələrini 3-5 səhifə həcmində A4 formatda, Arial şriftdə (12) iştirakçı anketi ilə birgə təqdim etməlidirlər. Müsabiqədə I, II və III yerləri tutmuş tələbələr Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis edilmiş müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Məqalələr 30 aprel 2010-cu il tarixədək aşağıdakı ünvanlara təqdim olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR