Bahar Muradova: ?Diffamasiya haqqında? qanunla bağlı cəmiyyətdə müxtəlif fikirlərin olması təbiidir

img

05-04-2010 [04:46]


?Diffamasiya haqqında? qanun elə bir qanundur ki, onunla bağlı cəmiyyətdə müxtəlif fikirlərin olması təbiidir?. Bu haqda Milli Məclis sədrinin müavini Bahar Muradova açıqlama verib. Cəmiyyətin, ictimai münasibətlərin, demokratik dəyərlərin inkişafı üçün bu kimi fikirlərin meydana çıxmasının vacib olduğunu deyən B.Muradova bildirib ki, sözügedən qanunun qəbulu, həm də icrası ilə bağlı münbit şərait olmalıdır. Azərbaycanda demokratik dəyərlərin inkişafı üçün kifayət qədər münbit şəraitin olduğunu qeyd edən Milli Məclis sədrinin müavini söyləyib ki, bu qanun bir qrup millət vəkilinin, həmçinin bu sahə ilə məşğul olan bir qrup mütəxəssisin arzusu ilə qəbul edilə bilməz: ?Münbit şərait olmalıdır. Mən də istərdim ki, bu qanun qəbul olunsun. Çalışmaq lazımdır ki, cəmiyyətdə təhqirə yol verilən hallara rast gəlinməsin. Bu olmayacaqsa, qanunun qəbul edilib-edilməməsi o qədər əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, qanunun qəbulu ilə bağlı tələbləri normal qarşılamaq lazımdır, lakin dediyim kimi, insanları buna hazırlamaq lazımdır. İlk növbədə insanları təhqir edənlər bu hallara son qoymalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR