QHT və KiV-ə dəstək zuralarının fəaliyyətinin səmərəsizliyinə həsr olunmuz mətbuat konfransı keçiriləcək

img

05-04-2010 [04:40]


Aprelin 7-də saat 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) mətbuat mərkəzində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, "Hərbi Jurnalistlər" İctimai Birliyi və s. QHT-lərin, KİV nümayəndələrinin, ekspertlərin, hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin iştirakı ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin səmərəsizliyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirdə qeyd edilən qurumların fəaliyyətində müşahidə olunan özbaşınalıqlar, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatların monitorinqinə, problemlərin üzə çıxarılmasına və ölkənin NATO ilə hərbi əməkdaşlığının dəyərləndirilməsinə həsr olunmuş layihələrin naməlum səbəblərdən qəbul edilməməsi, müdafiə və təhlükəsizlik sahəsində düşüncə azadlığının məhdudlaşdırılması, əksər hallarda KİV DDF və QHT DDŞ-ın rəhbərliyində, idarə heyətlərində təmsil olunanların, onların yaxınlarının QHT və KİV-lərinə, tanınmayan təşkilatlara və qəzetlərə, reket qurumlara qrant ayrılmasına dair məlumatlar səsləndiriləcək, problemin həlli istiqamətində təkliflər veriləcək. KİV və QHT-lər dəvətlidir. Əlavə məlumat üçün əlaqə nömrəsi: (055) 633-27-12. Cəsur Sümərinli.

Digər xəbərlər
SON XƏBƏRLƏR