?Azercell? jurnalistlər üçün müsabiqə keçirir - ELAN

img

05-04-2010 [04:04]


?Azercell Telekom? MMC media nümayəndələri arasında ??Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir? mövzusunda ən yaxşı məqalə? müsabiqəsini elan edir! Fəaliyyət göstərdiyi 13 il ərzində ?Azercell Telekom? MMC hər zaman Azərbaycanın milli və mənəvi dəyərlərini qoruyub saxlayıb. Şirkətimizdə baş verəcək yeniliklər və dəyişikliklər ərəfəsində jurnalistlərimizin ?Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir? adlı mövzuda məqalə hazırlaması fikri də əbəs yerə deyildir. Düşünürük ki, daş qədim zamanlardan insanların həyatında çox vacib rol oynamış və hər bir başlanğıcda təməl, bünövrə olmuşdur. Eyni zamanda, qədim dövrlərdən bu günə kimi bizə miras qalan mədəni və mənəvi irsin əhəmiyyətli hissəsi məhz bizim tarixi abidələrimizdir. Tariximiz və mədəniyyətimizdə daşın oynadığı danılmaz rolu daha geniş araşdırmaq və təbliğ etmək məqsədi ilə ?Azercell Telekom? jurnalistlərimizi müsabiqəyə qatılmağa dəvət edir. Qalibləri dəyərli hədiyyələr və mükafatlar gözləyir. Müsabiqənin şərtləri: ? Müsabiqədə iştirak etmək üçün qeydiyyat 05.04.2010 - 09.04.2010 tarixləri arasındadır. ? Qeydiyyat üçün aşağıdakı xüsusi formanı doldurmaq və [email protected] ünvanına 09.04.2010 tarixinədək göndərmək mütləqdir. ? Yazılar Azərbaycan və Rus dillərində qəbul olunur. ? Əlavə məlumat almaq üçün əlaqə nömrəsi: 050-231-02-02 Nəzərinizə çatdıraq ki, qeydiyyat müddəti başa çatdıqdan sonra göndərilən ərizələr qəbul olunmayacaq. Keçirilmə müddəti: 05.04.2010 ? 30.04.2010 Qeydiyyat müddəti: 05.04.2010 ? 09.04.2010 Mövzu: Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir

Digər xəbərlər
SON XƏBƏRLƏR