21-04-2016 [16:59]
İbrahim İSGƏNDƏRLİ
Hər bir məqsədin pis və yaxud yaxşı nəticəsi olur. Necə ki, insan ömrü, var ikən bir gün yox olur. İnsan istər var ikən istərsə də yox ikən gərək tələ yemi olmasın. Çünki bu çox ağır durumdur.
Vay o günə ki, tələ yemi olanda bütün nəzarətini itirəsən. Bu çox vahimdir. Bax, Əkrəm müəllim, sizin bugünki durumunuz da vahimlikdir. Siz görün tələ yemi olanda nə qədər 35 yaşlı insanların bədənini demirəm, ürəklərini qançır etmisiniz, hələ də edirsiniz. Bunu tez bir zamanda nə qanunla nə də mənəvi dəyərlərlə yuyub aparmaq olar. Bu ancaq uzun zaman sayəsində olur. Mən düşündüm ki, aeroportdakı olaylardan sonra siz heç olmasa susub peşmançılıq hissləri keçirəçəksiniz, ancaq əksinə kimlərinsə, hansısa bir italyan bakalavrın yaxud 13 professorun sizin yazdığınız fantasmaqoriyaya olan "məhəbbəti” sayəsində cuşa gəlib, daha da qabağa getdiniz.Yazıqlar olsun ki, xalqın qəbul etmədiyi halda kimlərinsə vasitəsilə özünüzə təskinlik verirsiniz. Onu da deyim ki, böyük oyunçulara öz planlarını həyata keçirmək üçün "professorlar”, nəşriyyatlar və siz lazımsınız. İstəkləri həyata keçdikdən sonra isə hər şey unudulur. Tarixdə bu cür hadisələr çox olur. Uduzan tərəf mövcud şəraitdə böyük oyunçuların tələsində yem olandır. Tələ ona görə lazımdır ki, dovşanı tutasan. Dovşan tutulandan sonra tələ yaddan çıxır. Qaldı tələdəki yemin aqibəti, heç bu barədə düşünməyə dəyməz .......
Mən bu olaylara bir vətəndaş kimi münasibət bildirməliyəm, çünki hər bir elini sevən vətəndaş sizin bu yanaşmanıza biganə qala bilməz. 79 il bu torpağın suyunu, havasını alasan, ancaq kimlərinsə tələsində yem olub, nəyəsə nail olmaq üçün öz xalqına qarşı bu qədər məkrli addım atasan. Bax, bu dəhşətdir. Bu vəziyyətə oxşar hal olan M. İbrahimbəyovun 2001-ci ildə "Komplimentlər demək zamanı” adlı müsahibəsində erməni xofu yaradan bəd söyləmlərini unutmaq olmur. Təsəvvür edə bilirsinizmi bu sətirləri yazanda mən nə qədər əzab-əziyyət çəkirəm. Bu vəziyyətdə alman filosofu Nitşenin deyimi yada düşür: "Hətta Allahın da öz cəhənnəmi var, bu onun insanlara olan sevgisidir. Yəqin bu fikirdə hər şey aydındır.
Yazırsınız ki, "Daş yuxular” adlı kiçik həcmli romanın ötən dövrdə artıq siyasi konteksdən çıxıb, özünün layiq olduğu obyektiv və qərərsiz ədəbi-bədii həyatını yaşamağa başlamışdı. Bu cür yanaşma ədəbi sferada özünühipnoz kimi qiymətləndirilir. Onu da deyirsiniz ki, kimlərsə sizə bu cür həyatı tablolarla daban-dabana zidd olan yazınıza görə Nobel Sülh mükafatı təqdim etmək istəyirlər. Bilmirsiniz nəyə görə? Əgər bilmirsinizsə çox ayıb. Bilirsinizsə də sizə yazıqlar olsun!
Bunları normal insan oxuyanda bilirsiniz sizin haqqınızda nə düşünür; heç bir ədəbi tərbiyəyə sığmayan ifadələr söyləməklə özünü bir təhər sakitləşdirmək istəyir.........
Bilməlisiniz ki, xalqın hisslər ilə oynamaq olmaz. Bu, çox qorxuludur. Siz bundan sonra nə Herostrat nə də Koroğlu ola bilərsiniz. Buna sizin nə yaşınız nə də ədəbi şücaətiniz imkan verir. Sizin yazılarınız isə heç bir avropalı gəncin boğazına və yaxud mədəsinə düşə bilməz. Boğazına hər hansı bir güclə düşsə də tez bir zamanda ögüyüb, canını qurtarmış olacaq.
Qaldı sizin kitablarınızın dəyər baxımından hansısa xarici nəşriyyatlarda çap edilməsinə yaxud hansısa professorların rəy verməsinə siz bunu gedib gilanar ağacının altında oturub, nəğməkar bibinizə söyləsəniz daha yaxşı olar. Düşünürəm ki, yəqin o da sizdən əlini çoxdan üzüb.
Sual olunur necə olur ki, 79 yaşında bir yazar öz xalqının söz boxçasından bəhrələnib bəşəri ideyalara deyil mövsumi şüarlara tapınır?! Onun yazdıqlarından həyat yox, siyasət iyi gəlir?!
Onu da deyim ki, bu müraciətinizdə də öz məkrli niyyətinizdən əl çəkməyib, kimlərisə yenidən manipulasiya etməyə çalışırsınız. Yazırsınız ki, 78 yaşlı, ürəyi xəstə, zəif bir adamın 35 yaşlı bir şəxsə qarşı bu cür zor tətbiq göstərə bilərmi? Məncə, bəşəri dəyərlərlə yanaşanda edə bilməz. Ancaq, Əkrəm Əylisli xislətində olan birisi edər. Səbəb: 79 yaşlı yazar 79 il boya-başa çatdığı vətənini heç bir dəlil, sübut olmadan ona verdiyi dəyərlərdən uzaq olaraq özünün yaramaz fantaziyasına güc verib, məkrli niyyətlər üçün istifadə edə bilirsə, deməli 35 yaşlı idmançı
cüssəli bir şəxsin bədənində də qançır izləri əmələ gətirən bir hərəkət edə bilər. Əkrəm Əylisli, burda qeyri-adi nə var ki?!
Sizin bu cür gedişiniz bu günün deyil, illər boyu qazandığınız yanaşmanın sovet proletariat ədəbiyyatın mayasından yoğrulmuş düşüncə tərzindən irəli gəlir. O, ədəbiyyatın mayası milli dəyərlərdən yoğrulmayıb. Bu belədir. Bunu görməmək üçün kor olmaq lazımdır. Bax ona görə deyirəm ki, 1997-98-ci illərdə B.Vahabzadənin ədəbi şücaətini ağ yuyub qara sərəndə, torpağın 17 faizini bizə 3 faizini ermənilərə verək deyəndə, yaxud Baruzdinə açıq məktub yazanda sizə yerinizi göstərmiş olsaydılar, bu gün yazdığınız "Daş yuxular” ortada olmazdı. Baxmayaraq ki, o vaxtda mən sərt şəkildə öz münasibətimi bildirmişdim.
Sonda rus təmsilçisi Krılovun "Yazıçı və quldur” təmsilini sizə ərməğan etmək istəyirəm. Təmsildə həm quldur həm də yazıçı ölümə məhkum edilir. Quldurun olduğu qazanın altına çoxlu odun yığılır ki, tez ölsün. Yazıçının qazanı isə tədricən qızdırılır ki, qoy, işgəncə çəksin. Yazıçı ona qarşı edilən bu münasibətə etiraz etdikdə isə belə cavab eşidir: "Sənin cinayətin daha ağırdır. Çünki quldurun cinayəti sona yetib, sənin isə cinayətin hələ də düşüncülərə soxulmaqda davam edir”.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi