?Ayan? qəzeti bu həftədən oxucularının görüzünə gələcək

img

29-03-2010 [01:13]


?Ayan? qəzeti bu həftədən etibarən yenidən oxucularının görüşünə gələcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qəzetin baş redaktoru Cavid Ələsgəroğlu məlumat verib. O deyib ki, xeyli müddətdir bir sıra problemlərlə əlaqədar olaraq ?Ayan?ın stabil olaraq nəşrini həyata keçirə bilmirdi. ?Bütün texniki problemləri aradan qaldırmışıq. Son tamamlama işləri gedir. Bundan sonra davamlı olaraq ?Ayan?ın nəşrini təmin etməyə çalışacağıq?. Ələsgəroğlu onu da deyib ki, qəzetin mövqeyində hər hansı bir dəyişiklik olmayacaq. Onun sözlərinə görə, ?Ayan? həmçinin bundan sonra təkcə Bakıda deyil, həmçinin bölgələrdə də baş verən sosial problemləri qabartmaqla məşğul olacaq. ?Əyalətlərdə durum daha ağırdır. Bölgə insanlarının problemlərinə mətbuat çox az yer ayırır. Biz də qərar verdik ki, onlara dəstək olaq və vaxtaşırı problemlərini qabardaq?. Qeyd edək ki, ?Ayan? qəzeti həftədə bir dəfə olmaqla, şənbə günləri satışda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR