Qənimət Zahid Ukraynaya gedəcək

img

28-03-2010 [05:58]


Məlum olduğu kimi, Prezident İlham Əliyevin matın 17-də imzaladığı əfv fərmanı ilə "Azadlıq" qazetinin baş redaktoru Qənimət Zahid də azadlığa buraxılıb. Qeyd edək ki, həbsxanada olan zaman baş redaktor səhhətində problemlərin olduğunu bildirmişdi. Azadlığa çıxandan sonra da müalicə olunacağını qeyd edən Qənimət Zahid, hazırda özünü bir o qədər də pis hiss etmir. Bu barədə açıqlama verən Q.Zahid müalicə olunmağa başladığını nəzərə çatdırıb. Baş redaktor səhhətindəki problemlərlə bağlı bir müddət işə çıxmayacağını da qeyd edib: "Səhhətimdəki problemlər hələ də qalmaqdadır. Xüsusən, revmatizm xəstəliyi ilə əlaqədar ağrılarım var. Hazırda ev şəraitində müalicə olunuram. Amma ümumilikdə özümü pis hiss etmirəm". Qənimət bəy müalicə olunmaq üçün Ukraynaya getməyi də planlaşdırıb. Baş redaktor oxucularını da çox intizarda qoymaq istəmir. Belə ki, o, "Azadlıq"ın sükanı arxasına bir az dincəldikdən və müalicəsini başa vurduqdan sonra keçəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR