07-04-2016 [19:43]
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılığı ilə müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.
Mia.az xəbər verir ki, Xüsusi Tibb Xidmətindən AzərTac-a bildiriblər ki, Azərbaycanın bu taleyüklü günlərində həkimlər Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstəriblər. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi briqada cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardım olaraq özü ilə 300 min manatlıqdan çox dərman preparatı, sarğı materialları və digər zəruri ləvazimatlar gətirib.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev deyib:
- Aprelin 1-dən etibarən erməni silahlı qüvvələrinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində əsgərlərimizi və sərhəd bölgəsində yaşayan dinc əhalini fitnəkarlıqla ağır çaplı silahlardan atəşə tutması, mülki əhali arasında ölənlərin və yaralananların olması cəmiyyətimizdə böyük narazılıq və hiddət yaratdı. Buna cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi, bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etməsi, erməni əsgərlərinin çaşqınlıq və vahimə içərisində döyüş meydanını qoyub biabırçılıqla qaçması ictimaiyyətdə böyük ruh yüksəkliyi, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə çox böyük inam yaratdı, hamıda sonsuz sevinc doğurdu. Hətta bizim xəstəxanada baş çəkdiyimiz, yardım etdiyimiz yaralıların demək olar hamısının tezliklə sağalaraq yenidən döyüşə atılmaq istədiyini görmək nə qədər xoş və qürurverici idi! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirərkən bir daha əmin olduq ki, xalq öz rəhbəri, öz ordusu və öz övladları ilə birlikdədir və həmişə də birlikdə olacaq.
Akademik Cəmil Əliyev onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin kollektivi hər zaman ordumuzun yanındadır və Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin hissələrinə, əsgərlərinə daim tibbi yardım göstərməyə hazırdır. Bu ənənə gələcəkdə də birmənalı şəkildə davam etdiriləcək.
SOCAR-la Macarıstanın “MOL Group” şirkəti arasında saziş imzalanıb
Peskov: "Zelenski bədbəxt adamdır" - "Ukrayna ilə danışıqlardan sürətli qərarlar gözləmək doğru deyil"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Arzu Bayramova saxlanıldı
META İranda Azərbaycan əleyhinə işləyən 60 səhifəni silib
Pakistanda qəribə olay: zəlzələdən sonra 200-dən çox məhbus qaçıb
Ukrayna Rusiyanı Krıma bağlayan nəhəng körpünü yenidən partladıb: "Artıq idarəolunmaz vəziyyətə düşüb"
Volkan “Mourinyonun tabeliyində işləyərsən” sualına belə cavab verdi
Anar Ələkbərov Yaponiyada - Nazirlə görüş olub + FOTOLAR
15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb
Qəzzanın son 24 saatdakı itkisi: 40 nəfər həyatını itirib
"Həmkarlar"ın bitməyən həmtay oyunları: 6 ilə 9-un yeri dəyişməsində hansı hikmət gizlənib?
Dövlət Agentliyinə vəsait ayrıldı - Sərəncam
Azərbaycanın Keniyadakı Səfirliyinin açılışı oldu
Ərdoğanın əsas rəqibi kimdir? - SORĞU
İspaniya İsraildən tank əleyhinə raket alışını dayandırdı: "Daha dərin plan hazrlanır"
Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə..." - Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq
"Sirli dairədən çıxmağın yolları var" - Zahid Oruc ipoteka krediti siyasətindən narazlıq etdi
Məşhur aktyor güllələnib - Qonşusu tərəfindən
Sabah yağış yağacaq
Qabil Məmmədov, Qurban Məmmədov, Məhəmməd Mirzəli... - "Söyüş müxalifəti"nin daha 7 fəalı haqqında həbs qərarı çıxarılıb
İTKİN DÜŞMÜŞ DAHA HƏRBÇİMİZ... - Sahil İbrahimov Bakıda dəfn olunub (FOTO, YENİLƏNİB)
"Qarabağ" və "Sabah" cəzalandırıldı
Qurbanlıq heyvanların satış və kəsim yerlərinin ünvanı - SİYAHI
Dövlət Agentliyi jurnalist və bloggerlərə 135 min manat xərcləyəcək
Ali Məhkəmə daha bir iş üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar verdi - DETALLAR
Milli Məclisdə büdcənin müzakirəsi başlayıb
Yardım mərkəzinə gedən mülki şəxslər güllələnib
Güclü külək Bakıda 16 ağacı aşırıb
Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatır
Nazirlik icra başçısıın razılıq verdiyi tikintini sökdürdü
Azərbaycan nefti 2.5 dollar qalxdı
Deputatın şirkəti səhiyyə obyektlərini "hörümçək toru"na salıb - Daha bir 1.2 milyonluq sövdələşmə var
Türkiyə millisi ABŞ və Meksika matçların hazırlaşır
"Razin"də Kühüldağ zirvəsini kim və kimə satıb? - Sabiq deputat "görməmiş" məmurları "yıxıb-sürüdü", "DƏMİR YUMRUQ" tələb etdi
Makronun heykəli oğurlanıb - FOTO
Türkiyədə gecəyarısı 5.8 bal gücündə zəlzələ: 14 yaşı uşaq ölüb, 69 nəfər xəsarət alıb
TRAMP ƏRDOĞANIN ÇAĞIRIŞINA MÜSBƏT CAVAB VERDİ: "Türkiyəyə gəlməyə hazıram, bir şərtlə ki..."
Joze Mourinyo: "Mən sizin üçün həqiqətən darıxacağam"
Yunanıstanda əhaliyə Qərbi Nil virusu ilə bağlı - Xəbərdarlıq
Zelenski Putinlə görüşmək istəyir: "Biz bir araya gəlməsək..."