Siyasi partiya gərginliklə bağlı təcili toplantı keçirdi

img

03-04-2016 [13:37]


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın sədrliyi ilə partiya sədr müavinlərinin, ALP İK sədrinin, müavinlərinin və üzvlərinin, MNTK sədrinin, partiya komissiya sədrlərinin və Bakı rayon təşkilatlarının rəhbərlərinin iştirakı ilə təcili iclas keçirilib. 

Mia.az-a daxil olan məlumata görə, iclasda müzakirə mövzusu işğalçı Ermənistan ordusunun yenidən atəşkəsi pozması və Azərbaycan Milli Ordusunun ona layiqli cavab verməsi olub. İclasda Əvəz Temirxan, ALP İK sədri E. Məmmədzadə, ALP sədr müavinləri T. Kərimov, E. Muradov, MNTK sədri İ. Əliəsgərli, ALP İK üzvü T. Əşrəfov və başqaları çıxış etmişlər. 
Çıxış edənlər birmənalı olaraq Azərbaycan Milli Ordusunun, Əskərlərimizin Vətənin müdafiəsinə yönəlmiş bütün addımlarını alqışladıqlarını və Ordumuzun uğuruna sevindiklərini bildirmişlər. ALP lideri, professor Lalə Şövkətin partiyanın fəaliyyətinin müharibə şəraitinə uyğunlaşdırılması haqqında bəyanatını vaxtında və yerində verildiyini qeyd etmiş və ona uyğun tədbirlər planını hazırlamağa dair təklifləri müzakirə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA